Sumqayıtlıların bayram sevinci

Tarixi əsrlərin o üzündən gələn, xalqımızın ulu inancları ilə sıx bağlı olan Novruz bayramı ilə əlaqədar Sumqayıtda keçirilən ümumşəhər şənliyi xüsusi təmtərağı ilə yadda qalıb.

Bir neçə gündür ki, şəhərin bütün park və bağlarında kütləvi gəzintilər gecə saatlarına qədər davam edir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar şəhid ailələri üçün bayram süfrəsi açıb. Beş yüzə yaxın ailəyə bayram sovqatı paylanılıb. İlaxır çərşənbədə Heydər Əliyev parkında Novruz münasibətilə atəşfəşanlıq olub

Şəhər sakinlərinin sevimli istirahət guşəsi olan Nəsimi adına mədəniyyət və istirahət parkı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Yaz təbəssümlü şəhər sakinləri dəstə-dəstə buraya gələrək Novruzun pişvazına çıxırdılar. Bayram şənliyində şəhər  icra  hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, qonaqlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər. İcra hakimiyyətinin başçısı şəhər sakinlərini səmimi təbrik edərək, onlara ən xoş arzularını bildirdi və bayram tonqalını qaladı. Bayram iştirakçıları zəngin Novruz xonçasına qoyulmuş şəkərbura, paxlava, qoğal, şəkər çörəyi, digər şirniyyatlardan, habelə ətirli plovdan dadıb, yumurta döyüşdürdülər. İdmançılar, kəndirbazlar, sirk ustaları öz məharətlərini nümayiş etdirdilər.

Dədə Qorqud və Bahar qız camaata xeyir-dua verdilər, Novruz bayramının xalqımıza uğur, bol ruzu-bərəkət gətirməsini arzuladılar, milli geyimli uşaqlar meydanda rəqs etdilər. Səməni və digər Novruz atributları ilə  bəzədilən parkda Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri  çox böyük maraqla qarşılandı.

Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığı və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etdilər.

Bayram şənliyi konsert proqramı ilə başa çatdı.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında