Sabirabad məktəbliləri Gəncəyə yola düşdülər

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdlərinin bölgələrimizlə tanışlığı məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaya Sabirabad məktəbliləri də qoşulublar.

Qeyd edək ki, milli mədəniyyətimizin, adət-ənənələrimizin, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan yeniyetmələrin digər bölgələrə səyahətlərinin təşkili ilə bağlı martın 16-da Sabirabad rayonundan 40 nəfər IX-XI sinif şagirdi Gəncə bölgəsinə yola salındı. Onlar bölgənin görməli yerləri, mədəniyyət abidələri, yerli adət-ənənələri ilə tanış olacaqlar.

Yolasalma mərasimində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. O, məktəblilərə səyahət etdikləri bölgənin tarixini dərindən öyrənməyi tövsiyə etmişdir.

Məktəbliləri yola salan valideyn və müəllimlər onlara mənalı istirahət, zəngin təəssürat arzulamışlar.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında