Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yenidənqurma işləri davam edir

Ölkəmizdə yol infrastrukturunun yeniləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günlərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlayıb. Xatırladaq ki,  ölkəmizin ayrı-ayrı  regionlarını birləşdirən Bakı-Şamaxı-Yevlax avtomobil yolu uzun müddət əsaslı təmir edilmədən istismar edilib. Buna görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən aldığımız məlumata görə, “Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun Muğanlı-Yevlax (0-8,4 kilometr və 38-145 kilometr) hissəsinin yenidən qurulması” layihəsində hazırda son tamamlanma işləri həyata keçirilir. Artıq layihə çərçivəsində işlərin  99 faizi yekunlaşdırılıb. Layihəyə əsasən,  yol ikinci texniki dərəcəyə uyğun yenidən qurulur. Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir.

Yenidənqurma işləri çərçivəsində Muğanlı-Yevlax avtomobil yolunda 1 milyon 843 min 42 kubmetr  torpaq yatağı inşa edilib, yolun tikintisi üzrə isə 377 min 454 kubmetr əsasın alt layı, 109 min 481 metr bitumlu əsas, 1 milyon  62 min 679 kubmetr  bitumlu aralıq və 1 milyon 72 min 163 kubmetr asfalt-beton aşınma laylarının tikintisi işləri aparılıb.

“Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması” layihəsində nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətdədir. Bundan əlavə, 263 borunun hamısı, 6 körpüdən isə 5-nin tikintisi işləri yekunlaşıb. Hazırda yolun 103,5-ci kilometrliyində yerləşən Türyançay üzərində yerləşən körpüdə son tamamlama işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür. Layihə üzrə avtomobil yolunda nəzərdə tutulan elektrik dirəklərinin montajı, 39 avtobus dayanacağının tikintisinin tamamlanması, 19500 paqonometr əyri xətli dəmir tirin quraşdırılması, işıq əksetdirici dirəklərin və 835 ədəd yol hərəkəti nişanının qoyulması, 15 min metr uzunluğunda piyada səkilərinin və 13300 metr açıq beton kanalların inşası prosesi davam edir.

Layihə üzrə işlərin cari ilin may-iyun aylarında tam yekunlaşdırılması nəzərdə tutulur.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında