Səbail gəncləri narkomaniyaya “YOX!” deyirlər

Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası və Səbail Rayon Polis İdarəsi 6 saylı orta məktəbdə növbəti maarifləndirici tədbir təşkil etmişdir.

Rayon rəhbərliyinin, pedaqoji işçilərin, ictimaiyyət nümayəndəlrinin, yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən toplantıda narkomaniya ilə mübarizə və onun profilaktikası ilə bağlı önəmli məsələlər diqqət mərkəzində olmuşdur.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev gənc nəslin sağlam,  savadlı, vətənpərvər ruhda boyüməsi, zərərli vərdişlərdən uzaq olması üçün birgə görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. O bildirmişdir ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılması ölkəmizdə bu sahədə dövlət strategiyasını müəyyən etmişdir. Prezident İlham Əliyev bu kursu davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrə çatmaq məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.

Səbail Rayon Polis İdarəsinin rəis müavini Fizuli Hümbətov bəşəriyyət üçün narkomaniyanın törətdiyi fəsadlardan,  rayonda bu bəlaya qarşı həyata keçirilən tədbirlərdən, görülən profilaktiki işlərdən danışaraq qeyd etmişdir ki, əməkdaşların həyata keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində rayon ərazisində son bir ildə bu qorxulu bəla ilə bağlı faktların sayı 93-dən 57-ə düşmüş, 13 kiloqram 480 qram narkotik maddə aşkar edilib götürülmüşdür.

6 saylı orta məktəbin direkroru, Əməkdar müəllim Gülşən Orucova, Səbail Rayon Polis İdarəsinin şöbə müdiri Anar Nağıyev, şöbə əməkdaşı Bəhram Qasımzadə, İçərişəhər “Cümə məscidi” dini icma sədrinin müavini Hacı Elşən və digərləri antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı mülahizələrini söyləmişlər.

Tədbirdə mövzu ilə bağlı videofilm nümayiş etdirilmiş, gənclərə və yeniyetmələrə tövsiyələr verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında