Qadınlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər

Nəsimi Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri  rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov  açaraq bayramın tarixindən, Azərbaycanda da həmişə əziz günlərdən biri kimi qeyd olunmasından söz açıb. Natiq ümummilli lider Heydər Əliyevin qadınlarımız barədə dediyi “Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” sözlərini xatırladaraq bildirib ki, ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, onlara böyük hörmət və ehtiramla yanaşmışdır.

Daha sonra qeyd olunub ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir.

Mərasimdə Azərbaycan qadınının milli tariximizdəki şərəfli yerindən öyünclə söhbət açılıb. Azərbaycan qadınının həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş  ana, vəfalı həyat yoldaşı olduğunu diqqətə çatdıran A. Əsgərov bildirib ki, hazırda səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın bir çox rayonlarının icra hakimiyyəti başçılarının müavinlərindən biri, Milli Məclis üzvlərinin 21-i, ombudsman, komitə sədri, bir neçə nazir müavini, bir sıra məhkəmələrin sədrləri və hakimləri də qadınlardır.

Qeyd olunub ki, Bakının mərkəzi rayonlarından olan Nəsimi rayonunda əhalinin 51 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlar bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi fəaliyyətləri ilə seçilirlər. Son bir neçə il ərzində rayonun təhsil müəssisələrində çalışan qadınlardan 38 nəfəri Əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə,  27 nəfər isə müxtəlif orden və medallara layiq görülüb. Elm, təhsil, səhiyyə ocaqlarında yuzlərlə elmlər doktoru və elmlər namizədləri çalışır. 

Asif Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara rayon icra hakimiyyətinin  hədiyyələri  təqdim olunub.

Bayram tədbiri tanınmış incəsənət ustalarının konserti ilə başa çatıb.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında