Məcburi köçkünlərə humanitar yardım verilib

Hər il olduğu kimi, bu il də İslam İnkişaf Bankının xətti ilə Səudiyyə Ərəbistanı Krallığının “2015-ci il Həcc mövsümünün Qurban ətindən istifadə layihəsi” çərçivəsində humanitar yardım olaraq bu günlərdə Azərbaycandakı məcburi köçkünlərə 37 ton 300 kiloqram qurbanlıq əti gətirilib. Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirdiyi bu layihəyə uyğun olaraq ölkəmizdəki məcburi köçkünlərə humanitar yardım kimi göndərilən beş min cəmdəyin qablaşdırıldığı, hər biri 10 kiloqram olmaqla 3730 qutudan ibarət humanitar yardım Dövlətqaçqınkomun Təchizat və İstehsalat İdarəsinin, regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin, həmçinin müvafiq rayon icra hakimiyyətləri əməkdaşlarının iştirakı ilə nəzərdə tutulmuş ərazilərdə - məcburi köçkünlərin sıx məskunlaşdıqları Füzuli rayon ərazisində, cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları Biləsuvar və İmişli rayonları ərazisində, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki qəsəbələrdə yaşayan məcburi köçkün ailələrinə paylanılması üçün adıçəkilən rayonların icra hakimiyyətlərinə təhvil verilib.

Bu gün ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunan, humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sıralarında gedən Krallıq tərəfindən göstərilən bu humanitar yardıma görə məcburi köçkün soydaşlarımız Azərbaycan Respublikasının Prezidentinə və Səudiyyə Ərəbistanı Krallığına dərin minnətdarlıqlarını ifadə edib, ölkələrimiz arasında humanitar əməkdaşlığın bundan sonra da davamlı inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Humanitar yardımın paylanılması ilə bağlı tədbirdə iştirak edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, İslam İnkişaf Bakının nümayəndələri Tofiq əl Ğamidi, Həttan əl Bağdadi bildiriblər ki, indiyədək olduğu kimi, bundan sonra da Azərbaycandakı məcburi köçkünlərə bu cür humanitar yardımlar davam etdiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında