Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillər verilmişdir

Qazax rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının icrasının davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni tikilmiş 8 ədəd  fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilmişdir.

Evlərin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müharibə əlillərinə və şəhid ailələrinə xüsusi diqqət və qayğısından danışmış, həmin insanların rifah halının yaxşılaşdırılması, habelə yeni mənzillərlə təminatı istiqamətində məqsədyönlü tədbirlərin ildən-ilə gücləndirilməsini qeyd etmişlər.

Tədbirdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi  uğrunda əlil olmuş vətəndaşlara, habelə şəhid ailələrinə dövlət qayğısının artmasının bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulamışlar.

Fərdi yaşayış evlərinin  açarlarını alan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra tədbir iştirakçıları  yeni tikilmiş fərdi yaşayış evləri ilə tanış olmuşlar.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında