“Stadler Rail Group” şirkətinin ikimərtəbəli elektrik qatarlarından daha ikisi Azərbaycana gətiriləcək

“Stadler Rail Group” şirkətinin ikimərtəbəli elektrik qatarlarından daha ikisi Azərbaycana gətiriləcək.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, QSC-nin sədri Cavid Qurbanov fevralın 19-da İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşüb.

C.Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group”   şirkətindən KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Daha iki qatarın isə Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.

Görüşdə İsveçrə-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə olunub. Səfir F.Ştalder “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında