Naxçıvanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunub.

Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək deyib ki, 1979-cu ildə yaranan İran İslam Respublikası ötən dövrdə uğurlu inkişaf yolu keçib,  dünya ölkələri ilə səmərəli əməkdaşlıq qurulub. İran İslam Respublikası xarici siyasət kursunda Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Ötən dövrdə həyata keçirilən tədbirlər siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin inkişafında əhəmiyyətli rola malik olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının yaranmasının 37-ci ildönümü münasibətilə dost və qardaş İran xalqını təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-İran əlaqələri bu gün dostluq, mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində davam və inkişaf etdirilir. Dövlətlərarası münasibətlər hər iki ölkə prezidentlərinin səyləri ilə daha da möhkəmləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir”.

Qeyd olunub ki, ölkələrimiz arasındakı münasibətlərin tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında da səmərəli əməkdaşlıq vardır. Son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlər və bu zaman imzalanan sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Hazırda energetika, kənd təsərrüfatı, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əlaqələr inkişaf etdirilir.

Ali Məclisin Sədri əlaqələrin inkişafında İran İslam Respublikasının Naxçıvandakı Baş konsulluğunun xidmətlərini qeyd edib, Baş konsula və əməkdaşlarına təşəkkürünü bildirib, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulayıb.

Sonra tədbir konsert proqramı ilə davam edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında