Lerik: insan amilinə diqqət fərəhli nəticələr verir

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması idarəetmənin mühüm şərtlərindəndir. Lerik Rayon İcra Hakimiyyəti başçısının aparatında adamlarla birbaşa ünsiyyət amilinə xüsusi önəm verilir, rəhbərliklə əhali arasındakı etimad körpüsünün möhkəmliyi lazımınca təmin olunur.    İlboyu bu ənənə gözlənilir.

İcra başçısı Rövşən Bağırov vaxtaşırı rayonun ağsaqqalları, gəncləri, sahibkarları və xidmət sahələrinin təmsilçiləri ilə görüşür, vəzifələrə aydınlıq gətirir. Ötən il ərzində ərazilərdə sakinlərlə onlarca səyyar qəbul-görüş keçirilib, bu tədbirlərdə yüzlərlə vətəndaş iştirak edib və qaldırılan məsələlər əksərən həllini tapıb. Eyni zamanda, rayon icra hakimiyyətində müntəzəm olaraq vətəndaşlar fərdi qaydada qəbul edilib, bütün müraciətlərə həssaslıqla yanaşılıb.

Əhali ilə görüşlərdə qaldırılan və xarakter etibarı ilə əsasən sosial yönümlü olan məsələlər cari və perspektiv iş planlarına salınır, ciddi nəzarətdə saxlanır, verilən tapşırıqlar vaxtında icra olunur. Çətinliklər birgə səylərlə aşılır, müşküllər çözülür.

İki ay öncə beş yaşayış məntəqəsində - Livədirqə, Nüsomuriya, Qədimküçə, Yuxarı Bilnə və Hıramo kəndlərində evlərə təbii qaz verilməsi fərəhlə qarşılanıb. Ümumiyyətlə, kəndlərin qazlaşdırılması ilə bağlı xeyli əməli iş görülüb. Artıq Lerikin qırxdan artıq yaşayış məntəqəsi üzrə dörd minə yaxın ailə “mavi yanacaq”dan istifadə edir. 

Yeni il ərəfəsində əhalinin sərfəli qiymətlərlə bazarlıq edə bilməsi məqsədilə rayonda satış-yarmarka təşkil olunub. Tələbatın ödənilməsi, istehlakçıların seçim imkanlarının genişlənməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb. Ümumilikdə bir gündə yarmarkada 1 ton kartof, 2 ton meyvə, 1 tona yaxın ət və digər zəruri mallar satılıb. Rayon rəhbəri Rövşən Bağırov özü də yarmarkaya gələrək ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Bütün növ məhsulların bazar qiymətlərindən 20-30 faiz ucuz satılması razılıqla qarşılanıb. Yarmarkada iştirak edən sakinlər bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.

İlin əvvəlindən bir sıra kənddə hesabat yığıncaqlarında rayon rəhbərliyinin iştirakı, həmçinin yerlərdə əhali ilə ənənəvi görüşlər işgüzar ünsiyyətin davamlı səciyyə daşıdığını göstərir. Bu günlərdə Lerik rayon rəhbərliyi yenə də ərazilərdə, adamlarla görüşdə idi. Bu dəfə ünvan Noda kəndi idi. Görüşdə icra başçısı ilə bərabər onun müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edirdilər.

Öncə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmizdə möhkəm siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür və ümummilli lider Heydər Əliyevin siyasi xətti dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2008-ci ildən dünyada başlanan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib. Ölkəmizdə   iri sosial layihələr reallaşdırılıb, inkişaf templəri azalmayıb. Amma dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə əhalinin sosial təminatına maksimum diqqət yetirməyi diktə edir. Yaranmış müəyyən çətinliklərdən istifadə edən bəzi qüvvələr öz niyyətlərini həyata keçirmək istəyiblər. Lakin onların bu cəhdləri baş tutmayıb. Azərbaycan Prezidentinin müdrik siyasəti, həyata keçirdiyi antiböhran tədbirləri müsbət nəticələr verib. 

Qeyd edildi ki, süni surətdə qiymətlərin qaldırılmasına dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların əməkhaqlarının artırılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Bütün rayonlarda adamların məşğulluğunu təmin etmək məqsədilə addımlar atılır. İnsan amili ön plana çəkilir. Prezident İlham Əliyevin cənub bölgəsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirən  icra başçısı dedi ki, qədirbilən camaatımız həmişəki kimi elliklə ölkə başçısının ətrafında sıx birləşib.    

Cənab Prezidentin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları  ardıcıl icra olunur, ölkəmiz dinamik inkişaf edir, bütün sahələrdə uğurlu nəticələr qazanılır.    Bunun bariz nümunəsi kimi Lerik rayonunda tikilən yeni məktəb binalarını, səhiyyə ocaqlarını və digər sosial obyektləri, çəkilən yolları misal göstərmək olar. Elə Noda ərazisindəki Günəşli kəndində ötən illərdə məktəb binası əsaslı təmir edilib, yeni poçt binası tikilib, yeni EATS quraşdırılıb, Noda kəndinin yolu asfaltlaşdırılıb, uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılacaq.      

Səyyar görüş-qəbulda vətəndaşlardan Mirzağa Vəliyev, Tarverdi Ağayev, İmran Zəkiyev, Zaur Zeynalov, İdris Baxşıyev, İradə Rufullayeva, Zamiq Ağayev, Süsən Şahbazova və başqaları görülən işlərlə bağlı minnətdarlıqlarını bildirdilər, şəxsi xarakterli məsələlərin həllinə, ərazidə yol çəkilişinin davam etdirilməsinə, üzümçülüyün inkişafına köməklik göstərilməsini xahiş etdilər. Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Bir müddət öncə rayonun Boykəndil  ərazisində də belə maraqlı görüş təşkil olunmuşdu. Qeyd edilmişdi ki, ötən illərdə Buruq, Aran, Ərdəbilə kəndlərində yeni məktəb binaları, Kirəvud kəndində yeni yeni poçt binası tikilmiş və yeni EATS quraşdırılmış, Ordahal kəndinə qaz xətti çəkilərək istifadəyə verilmişdir. Hazırda Boykəndil kənd tam orta məktəbinin yeni binasında tikinti işləri davam etdirilir. Cənab Prezidentin sərəncamı ilə tikilən, Kirəvud və qonşu ərazilərin müntəzəm istifadə etdiyi 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun böyük bir hissəsi artıq asfaltlaşdırılıb və yolun digər hissəsində işlər davam etdirilir. Yaxın gələcəkdə Kirəvud ərazisinə daxil olan yaşayış məntəqələrinə də təbii qazın verilməsi üçün işlərə başlanacaq.

Rayon icra hakimiyyətinin inzibati binasının qəbul otağında vətəndaşların bir qədər əvvəlki  qəbulunda R.Bağırov tərəfindən 21 nəfər qəbul olunaraq dinlənilib. Onlara imkan daxilində köməklik göstərilib. Bundan öncə operativ idarəetmə mərkəzi ilə qəbulda isə 40 nəfər leriklinin müraciətinə baxılıb. Piran və Şingədulan ərazi dairələrindən olan vətəndaşlar qəbul edilib.

“Qapılarımız hər kəsin üzünə açıqdır”. Lerikdə tez-tez eşitdiyimiz bu sözlərin arxasında təbii qayğıkeşlik, həssaslıq, qonaqpərvərlik kimi keyfiyyətlər dayanır. Elə buna görədir ki, hər bir sakin icra hakimiyyətinə, dövlət orqanlarına ümid qapısı kimi baxır və böyük inamla üz tutur.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında