Neft Daşlarında və Çilov adasında həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb

Yanvarın 14-də Neft Daşlarında və Çilov adasında keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb.

Çilov adasında keçirilən anım mərasimində tədbir iştirakçıları əvvəlcə 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri düzüblər. Mərasimdə çıxış edən “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) sosial məsələlər üzrə rəis müavini Mətləb Qarayev, eləcə də NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Emin Məmmədov və başqaları təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən və həlak olan neftçilərin yaxınlarına, doğmalarına səbir diləyib, həyatlarını xalqımızın xoşbəxtliyi naminə qurban vermiş insanların xatirəsini anıblar. Natiqlər itkin düşmüş neftçilər barədə xatirələrini bölüşüb, onların tapılması üçün bütün mümkün variantlardan istifadə olunduğunu bildiriblər.

Sonra tədbir iştirakçıları dənizə qərənfillər səpiblər.

Həmin gün Neft Daşlarında keçirilən anım tədbirinin iştirakçıları isə 1957-ci il noyabrın 21-də baş vermiş faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb, tər çiçəklər düzüblər. “Günəşli” yatağındakı 10 nömrəli və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SOCAR-ın Nəqliyyat İdarəsinin rəis müavini Yusif Hacıyev, “Neft Daşları” NQÇİ-nin rəis müavini Zeynal Abdullayev və NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Hüseyn Əhmədov baş vermiş faciənin bütün xalqımızın qəlbində dərin iz buraxdığını, hər kəsi dərindən sarsıtdığını söyləyib, neftçilərin ailələrinə dözüm və səbir diləyiblər.

Qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər davam etdirilir. Bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləyən natiqlər vurğulayıblar ki, itkin düşən neftçilərin axtarışı, eləcə də “Günəşli”dəki 10 nömrəli özüldə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında