“Biləsuvar-85” kitabı rayonun yubileyinə layiqli töhfədir

 Biləsuvardakı Heydər Əliyev Mərkəzində rayonun yaradılmasının 85 illiyinə həsr olunmuş “Biləsuvar - 85" kitabının təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  ulu öndərin abidəsini ziyarət ediblər, önünə tər çiçəklər qoyulub.

Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, “Biləsuvar - 85” kitabında rayonun tarixi, adət və ənənələri, rayon əhalisinin  dövlətçiliyimizə olan sədaqəti faktların dili ilə öz əksini tapmışdır. Eləcə də bugünki Biləsuvarın tarixi inkişafı, bu inkişafda xidmətləri olan şəxslərin   həyat yolu, əldə olunan uğurlar haqqında müfəssəl məlumatlar var. 1930-cu ildə SSRİ Nazirlər Kabinetinin rayonlaşma barədəki qərarından sonra yaradılan  rayonlardan biri də rus şairi Puşkinin adını daşıyırdı. 1991-ci ildə Biləsuvarın tarixi adı özünə qaytarıldı. Rus  adları ilə adlandırılan kəndlər öz toponomik göstəricilərinə görə yeni  adlarla əvəz olundu.

M.Quliyev bildirib ki, Biləsuvar rayonu həmişə dövlətçiliyimizə sadiqliyi ilə seçilimişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan  Respublikasına rəhbərlik etdiyi illərdə rayonumuza  xüsusi qayğı  və diqqət göstərmişdir. Ulu öndərin 1972, 1973, 1974, 1975, 1998 və 1999-cu illərdə Biləsuvar rayonunda olması, əhali ilə görüşləri biləsuvarlıların qəlbində ən əziz bir xatirəyə çevrilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biləsuvar çox qədim ərazidir, qədim yerdir. Onun özünə görə çox  gözəl ənənələri, gözəl tarixi var” sözləri bu gün hər birimizin dilində iftixarla səslənir. Son 7 ildə dövlətimizin başçısı rayona 4 dəfə səfər etmiş, onlarla mühüm əhəmiyyətli obyektlərin açılış mərasimlərdə şəxsən iştirak edərək rayon ziyalıları, ağsaqqaları,  gəncləri ilə görüşmüşdür. Möhtərəm Prezidentimizin Biləsuvarda həyata keçirilən  abadlıq quruculuq işlərinə yüksək qiymət verməsi rayonun hər bir  sakininin qurub-yaratmaq əzmini artırmışdır.

Tədbirdə Biləsuvar rayon  Ziyalılar  Cəmiyyətinin  sədri Sahibəli  Mirzəyev, Qadınlar  Şurasının  sədri  Xalidə  Ağayeva, veteran  jurnalist  Əlibala  Rəhimov, əmək  veteranı  Gülsurə  Rüstəmova, fermer  Lətif  Cəfərov, tarix müəllimi Ülviyyə Qurbanova və rayon ağsaqqalı Akif Kazımov çıxış edərək  rayonun  tarixi keçmişi ilə bağlı öz xatirələrini bölüşüblər.

Mərasimdə iştirakçılardan böyük bir qrupuna “Biləsuvar - 85" xatirə kitabı təqdim olunub. Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında