Naxçıvanda açılış və təqdimetmə mərasimləri

Şəhərdə zabit ailələri üçün yaşayış binası istifadəyə verilmiş,  sosial qayğıya ehtiyacı olanlara mənzil və minik avtomobilləri təqdim olunmuşdur.

Dekabrın 24-də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərindəki hərbi şəhərciyində zabit ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilmişdir.

Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov zabit ailələrini yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək demişdir: “Muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr üçün hər il yeni yaşayış binaları, əsgəri-məişət kompleksləri və digər hərbi obyektlər tikilərək istifadəyə verilir. Bütün bunlar da ordunun möhkəmliyinə xidmət etməklə yanaşı, həm də zabitlərin xidməti borclarını layiqincə yerinə yetirməsinə şərait yaradır. Bu gün zabit ailələri yeni mənzillərə köçürlər. Hərbi şəhərcikdə istifadəyə verilən binada zabit ailələri rahat yaşayacaqlar”.

Ali Məclisin sədri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən əsgər, zabit və digər hərbi qulluqçuları, onların ailələrini və tədbir iştirakçılarını təbrik etmişdir.

Hərbiçi ailələri adından minnətdarlıq edən Sədaqət Vəliyeva demişdir ki, yeni mənzillərin təqdim olunması hərbçi ailələrinin böyük sevincinə səbəb olmuşdur. Həyata keçirilən bu tədbirlər göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Sonra Ali Məclisin sədri Vasif Talıbov  mənzillərin orderlərini və açarlarını təqdim etmiş, açılışı bildirən lenti kəsmişdir. Məlumat verilmişdir ki, 6 mərtəbəli binada 60 ikiotaqlı, 4 üçotaqlı və 4 dördotaqlı olmaqla 68 mənzil vardır. Bütün mənzillərə lazımi mebel və məişət avadanlıqları qoyulmuşdur.

 

*    *    *

 

Həmin gün Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması və tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni mənzil və avtomobillə təmin olunanları təbrik edərək demişdir ki, hər il muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşlara yeni mənzil və avtomobillər təqdim olunur. Bu il də müvafiq kateqoriyadan olan 16 muxtar respublika sakininə avtomobil, 10 nəfərə isə mənzil verilmişdir. Bu işlər 2016-cı ildə də davam etdiriləcəkdir.

Ali Məclisin sədri mənzil və avtomobillə təmin olunanlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, ölkəmiz və xalqımız üçün layiqli övlad böyütdüklərinə görə təşəkkür etmiş, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, yeni mənzillərində rahat həyat arzulamışdır.

Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.

Şəhid anası Gülsüm Quliyeva minnətdarlıq edərək demişdir ki, bu gün Azərbaycanda Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli qayğı göstərilir. Mənim övladımın da Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirildi, ailəmiz yeni mənzillə təmin olundu.

Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunmuşdur.

Naxçıvanda keçirilən açılış və təqdimetmə mərasimlərinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklərini çatdırmış, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında