Vətəndaşların müraciətlərinə yüksək diqqət göstərilməsi yeni qanunun tələbidir

Nəsimi Rayon İcra Hakimiyətində keçirilən toplantıda yeni qəbul olunmuş “Vətəndaşların müraciətləri haqqında” Qanunun icrasının gedişi və bu mühüm sənədin tələblərindən irəli gələn vəzifələr geniş təhlil olunmuşdur. Müzakirədə rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, mərkəzi icra orqanlarının yerli bölmələrinin rəhbərləri, dövlət və bələdiyyə qulluqçuları, xidmət sahələrinin nümayəndələri iştirak etmişlər.

Yığıncağı giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, xalqın rifahının ardıcıl olaraq yaxşılaşdırılmasına və ölkəmizin daha da qüdrətlənməsinə yönəlmiş kompleks  tədbirlərin tərkib hissəsi olaraq, vətəndaşların müraciətləri haqqında yeni qanun bu sahədə ölkəmizdə hüquqi bazanın təkmilləşdirilməsinin, insanların hüquq və azadlıqlarının təmin edilməsinin daha bir önəmli nümunəsidir.Ümumiyyətlə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi və yerli icra qurumları vətəndaşlara qayğı və diqqəti gündən-günə artırır. Əhalinin irili-xırdalı bütün problemləri daim yerlərdə nəzarətdə saxlanılır, onların müraciətləri vaxtında və həssaslıqla cavablandırılır.

Müzakirələrdə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun  “Azərbaycan” qəzetində çap olunmuş şərhində və ölkə mediasının digər materiallarında göstərildiyi kimi, yeni qanunun qəbul edilməsində məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların 1997-ci ildən sonrakı normativ- hüquqi aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsidir. Bütün bunlar isə, ilk növbədə, vətəndaşlara daha yüksək qayğının təmin edilməsinə, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün konkret müddətlər müəyyən edilməsinə, hər bir dövlət orqanında, müraciətə baxan şəxsdə məsuliyyətin daha da yüksəlməsinə xidmət edir.

Ayrı-ayrı qurumların rəhbərləri yeni qanunun vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində və müraciətlərə baxılması işində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, ölkə başçısının vətəndaşların müraciətlərinə maksimum diqqət və qayğı göstərilməsi barədə ciddi tapşırıqları ilə bağlı vəzifələrin layiqincə yerinə yetiriləcəyini bildirmişlər.

Müzakirələri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərin müraciətləri əsasında Nəsimi rayonunda geniş abadlıq və quruculuq işlərinin aparıldığını, yaşayış binalarının, məhəllələrin, yolların, park və istirahət yerlərinin, kommunikasiyaların əsaslı təmir olunduğunu və yenidən qurulduğunu bildirmişdir. Başçı demişdir ki, bütün bunları sakinlər böyük razılıqla qarşılayır, gündən- günə artan bu yeniliklərə əlverişli şəraiti təmin etdiyinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Sonda yeni qanunun müddəlarından irəli gələn vəzifələr bir daha dövlət qulluqçularına, xidmət sahələri işçilərinə xatırladılmış, məsul şəxslərə vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin daha da yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tapşırıqlar verilmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında