Həlak olan neftçilər “Dənizə bir qərənfil ataq...” aksiyası ilə anılır

SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini anma mərasimi Dənizkənarı Milli Parkda davam edir.

AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri Dənizkənarı Milli Parka axışaraq həlak olanların və itkin düşənlərin xatirəsini yad etmək üçün dənizə qərənfillər səpir, sahilə güllər düzürlər. “Dənizə bir qərənfil ataq...” adı altında keçirilən aksiyaya həm yaşlılar, həm cavanlar qoşulublar, onlar arasında müəllimlər, tələbələr, şagirdlər əksəriyyət təşkil edir. İnsanlar göz yaşları içərisində faciə qurbanlarını anır, itkin düşənlərin tezliklə tapılması üçün dualar edirlər.

Aksiyanın təşkilatçısı, IbSt Production (Broadcasting & Media Production) şirkətinin nümayəndəsi Hüseyn İbadlı qeyd edib ki, aksiyaya qoşulmaq üçün facebook sosial şəbəkəsi vasitəsilə müraciət edilib. Aksiyanın təşkilində məqsədimiz həlak olanların və itkin düşənlərin ailələri ilə kədərimizi bölüşmək, onların dərdinə şərik olmaqdır. Qəza zamanı itkin düşənlərimizin tezliklə tapılmasına ümid edirik. Həlak olanlara isə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına başsağlığı veririk. Aksiya gecə saatlarınadək davam edəcək.

Xəzər Universitetinin tələbəsi Turan Hüseynova baş vermiş dəhşətli faciədən çox sarsıldığını deyir: “Bu qəza xalqımız üçün çox ağır xəbər oldu. Bu faciəni ailəsində, yaxınlarında yaşayanlar onun ağrısını hələ uzun illər hiss edəcək. Onların faciəsi bizim faciəmiz, ağrısı bizim ağrımızdır. Allah Azərbaycanımızı belə bəlalardan, faciələrdən qorusun”.

Qeyd edək ki, SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 29 nəfər itkin düşüb, 1 nəfərin cəsədi dənizdən çıxarılıb. Həlak olanların xatirəsini yad etmək məqsədilə dekabrın 6-da ölkə ərazisində matəm elan edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında