Şəmkirdə qanvermə aksiyası

Şəmkirdə   hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının nümayəndələri qatılıblar.

Rayon icra hakimiyyətinin başçısı  Alimpaşa Məmmədov və  icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada 325 nəfər insan donor qismində iştirak etmişdir.

Toplanan qan talassemiya və hemofiliya xəstəliyindən və irsi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilmişdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında