Heydər Əliyev Mərkəzi Qaradağ rayonunda ziyarətçilərin ən çox üz tutduğu məkandır

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzi 2011-ci ilin yanvar ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfəri zamanı açılıb. Mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılıb. Burada nümayiş olunan fotolar ümummilli liderin Qaradağa səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirməklə yanaşı, rayonun inkişafının hər zaman dahi şəxsiyyətin diqqət mərkəzində olduğunu bir daha sübut edir.

Ulu öndərin həyatından bəhs edən nəşrlərin toplandığı zəngin kitabxana  və müasir avadanlıqlarla təchiz olunmuş internet zalı ilə yanaşı, burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları da var.  

Mərkəz rayon icra hakimyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən razılaşdırılmış qaydada tərtib olunan birgə tədbirlər planına əsasən fəaliyyət göstərir. 

Adı çəkilən  mərkəzdə indiyədək  200-dən çox tədbir,  o cümlədən “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti”,    “Xocalıya ədalət kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik”  mövzularında beynəlxalq, “Azərbaycan yeni inkişaf mərhələsində: perspektiv, hədəf və istiqamətlər”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında respublika konfransları keçirilib. Bundan başqa, “Mən Heydər Əliyev irsini öyrənirəm”, “Dövlət və rəhbər”, “Ümummilli liderimiz” adlı bilik yarışları böyük maraqla qarşılanıb.  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu” mövzusunda toplantı da  yaddaqalan olub.

Mərkəzdə yuxarıda sadalananlarla yanaşı, ölkənin tanınmış incəsənət xadimləri tərəfindən yeniyetmə və gənclərə güləbətin toxuması, xalçaçılıq, bədii qiraət, rəssamlıq, muğam sənətləri üzrə ustad dərsləri verilib. Dövlət bayramlarına həsr olunan “dəyirmi masa”lar, bilik olimpiadaları da iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.

Mərkəzin fəaliyyəti dövründə rayon ərazisində yerləşən idarə və təşkilatlardan, hərbi hissələrdən, təhsil müəssisələrindən bura kollektiv şəkildə və eyni zamanda, xarici qonaqların, habelə yerli sakinlərin iştirakı ilə ekskursiyalar təşkil olunub. Bütün bunlar isə müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin öyrənilməsi  baxımından mühüm önəm daşıyır. Ümummilli liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən mənimsənilməsi, geniş təbliğ olunması mərkəz qarşısında duran əsas vəzifədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında