Məzunlara 800-dən çox vakant iş yerləri təklif olunub

Noyabrın 28-də məzunların işlə təmin olunmasına kömək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun-2015" əmək yarmarkası keçirilib.

UNEC-in 85 illik tədbirlər planı çərçivəsində keçirilən yarmarkada 50-dən çox dövlət qurumu, şirkət və banklar tərəfindən çoxsaylı vakant iş yerləri təqdim edilib.

Əmək yarmarkasında, UNEC də daxil olmaqla, Azərbaycanın 40-dan yuxarı ali  və orta ixtisas təhsili müəssisəsindən, o cümlədən dünyanın  (ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya və s.) 16 ali məktəbindən 2500-ə yaxın məzun işturak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və UNEC-in rektoru, professor Ədalət Muradov yarmarkaya baxış keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər rektor və qonaqlara vakant iş yerləri haqqında məlumat veriblər.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Universitetin rektoru Ə.Muradov bildirib ki, məzunların işlə təmin olunması ali məktəblərin reytinqinə bilavasitə təsir etdiyindən bu məsələ UNEC-in proiritet istiqamələrindən biri hesab olunur. İnanıram ki, universitetimizdən məzun olan hər bir gənc özünə layiqli iş tapa biləcək.

“Məzun-2015" yarmarkasında gənclərə 800-dən çox vakant iş yerləri təklif olunub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara müxtəlif ixtisaslar üzrə stajkeçmə, təqaüd və təcrübə proqramları da təqdim edilib.

Yarmarkanın sonunda müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında