Əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair faktlar Almaniya ictimaiyyətinə çatdırılıb

Almaniyanın paytaxtı Berlində “Müharibə zonalarında miqrant problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi” mövzusunda tədbir keçirilib. Tədbir “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğalçı dövlətə qarşı sanksiya” layihəsi çərçivəsində baş tutub.

“Azıxantrop”  İctimai Birliyindən aldığımız məlumatda deyilir ki, layihənin həyata keçirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək olub. Tədbir Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilati dəstəyi ilə Atatürk Düşüncə Dərnəyinin ofisində keçirilib.

Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölmez Qarabağ müharibəsinin ağrılı nəticələrini, erməni terrorunu hər zaman xatırlamağın zəruriliyini vurğulayaraq, “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin layihəsinin təqdimatı ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Təqdimatdan sonra “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Rəsmiyyə Babayeva “Müharibə ərazilərində qaçqınlar problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatı əks etdirən slaydşou nümayiş etdirilib.

Məruzədə bildirilib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq insan öz yurdundan didərgin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində məlum olub ki, 2015-ci il 1 iyul tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4013 nəfər təşkil edir. İşğal edilmiş ərazilərdə ermənilər narkotik maddələr becərir, mədəni irsi məhv edirlər.

Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva “İşğalçı dövlətə sanksiya” layihəsinin əsir və itkin düşmüş, girov götürülmüş insanlarla bağlı mövzuya diqqəti cəlb etməsinin önəmli olduğunu bildirib.

Tədbirdə əcnəbi müəlliflərin alman və ingilis dillərində yazdıqları kitabların elektron variantı, alman dilində “Ağdam - Qafqazın Xirosiması” filminin CD və DVD-ləri, Dağlıq Qarabağ münaqişəsi haqqında xarici ölkələrdə nəşr edilmiş kitablardan ibarət “Qarabağ guşəsi” nümayiş etdirilib.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında