“Cəmiyyətin biznes və təhsildən gözləntiləri” mövzusunda ilk “dəyirmi masa”

Azərbaycan Turizm və Menecment Universitetində biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı ilə “Dövlət, biznes və cəmiyyət münasibətlərində yeni meyillər” adlı daimi seminarın “Cəmiyyətin biznes və təhsildən gözləntiləri” mövzusunda ilk “dəyirmi masa”sı keçirilmişdir.

 Azərbaycan Turizm və Menecement Universitetinin(ATMU) rektoru, professor Cəfər Cəfərov “Cəmiyyətin biznes və təhsildən gözləntiləri” mövzusuna həsr olunan ilk “dəyirmi masa” iştirakçılarını salamladıqdan sonra tədbirin təşkili zərurətindən bəhs etmişdir. Rektor C.Cəfərov müasir dövrdə dövlət, biznes və cəmiyyətin qarşılıqlı fəaliyyətlərinin uzlaşdırılması mexanizmlərinin birmənalı olaraq elmi əsaslarının işlənib hazırlanmasını günün vacib məsələsi kimi dəyərləndirmişdir.

Toplantıda Azərbaycan İqtisadçılar Birliyinin sədri, akademik Ziyad Səmədzadə, müstəqil ekspert, iqtisad elmləri doktoru Vahid Əhmədov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Universitetinin kafedra müdiri Vüqar Nəzərov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin proqram direktoru Rasim Quliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev və ATMU-nun struktur rəhbərləri iştirak etmişlər.

Seminar iştirakçıları çıxışlarında qeyd etmişlər ki, sosial məsuliyyətli olmaq sadəcə hüquqi öhdəliklərin yerinə yetirilməsi deyil, həmçinin bir çox insan kapitalının ətraf mühitə və aidiyyatı olan tərəflər ilə münasibətlərə investisiyaların yatırılması deməkdir. Təsadüfi deyil ki, bir çox ölkələrdə artıq bəzi şirkətlər icmaların iştirakı ilə özlərinin sosial məsuliyyətlərini qəbul edirlər. Bu sahədə Azərbaycanda da bəzi təşəbbüslər olmuşdur.

Tədbir çərçivəsində universitetin əməkdaşları tərəfindən yazılmış “Korporativ sosial məsuliyyət” adlı dərs vəsaitinin təqdimatı keçirilmiş, dövlət, biznes və cəmiyyətin qarşılıqlı münasibətləri, biznesin sosial-iqtisadi məğzi, biznesin sosial aspektləri və s. kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Xatırlatmaq yerinə düşər ki, “Korporativ sosial məsuliyyət” adlanan dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi ilə hazırlanmışdır. Qeyd edək ki, vəsait ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorantura pillələrində təhsil alanlar, həmçinin araşdırma aparan şəxslər üçün nəzərdə tutulmuşdur.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında