Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçirildi

Dünən Azərbaycan Dövlət Musiqili Teatrında Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçirildi. Tanınmış musiqiçinin 60 illik yubileyinə həsr olunmuş tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Dövlət Musiqili Teatrı təşkil etmişdi. Yubiley tədbirinin quruluşçu-rejissoru Azərbaycan Dövlət MusiqiliTeatrının gənc rejissoru Anar Sadıqov idi.

Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks elətdirən fotolarından ibarət sərgi təşkil olunmuşdu. Eyni zamanda, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunmuş “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı oldu.

Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarx nümayiş etdirildi. Xalq artistləri Zaur Rzayevin, Aygün Bayramovanın, Əməkdar artistlər Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın, “Dan ulduzu” instrumental ansamblının üzvləri Vüsalə Əsgərovanın, Rövşən Əzizin, Şəhla Həmidovanın və başqalarının ifaları yubiley mərasiminə xüsusi rəng qatdı. Tədbirdə H.Qurbanovun sənət dostları, görkəmli musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Məlumat üçün bildirək ki, Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər mədəniyyət evində müəllim və C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H. Qurbanov 2007-ci il noyabrın 6-da vəfat edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında