“ASAN xidmət” mərkəzlərində sahibkarlara lisenziyaların verilməsi davam edir

“ASAN xidmət”də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların verilməsi davam edir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir ki, ölkədə  sahibkarlıq mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq. Həmin iclasdan sonra,  dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından bariz nümunədir.

Bu fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənmişdir. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilmiş və Milli Məclisə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilmişdir. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənmişdir.

Burada diqqətçəkən əsas məqam odur ki,  lisenziyaların sayının azaldılması ilə  sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alınacaq   və onlar əlavə xərclərdən azad olunacaqlar. Başqa sözlə, sahibkarların bir neçə quruma müraciət etməmələri üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sistemi yaradılacaq.

Prezident İlham Əliyevin yuxarıda adıçəkilən  fərmanına uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, prosedurların sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır. Xatırladaq ki, qısa müddətdə həmin təkliflər aidiyyəti qurumlara təqdim olunacaq.

“ASAN xidmət”dən verilən məlumata görə, noyabrın 2-dən etibarən lisenziyaların yenilənməsi ilə bağlı 600-dək müraciət daxil olmuşdur ki, onlardan 57-si icraata götürülmüşdür. Qısa müddət ərzində həmin lisenziyalar sahibkarlara təqdim olunacaq.

Yeri gəlmişkən, hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü üzrə lisenziya verilir.

Vaqif  BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında