Salman Süleyman oğlu Cəfərov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman dövlət qulluqçusu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dövlət nəzarəti şöbəsinin sabiq müdiri Salman Süleyman oğlu Cəfərov 2015-ci il oktyabrın 23-də ömrünün 90-cı ilində vəfat etmişdir.

Salman Cəfərov 1925-ci il dekabr ayının 31-də indiki Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayaraq 1942-1944-cü illərdə Cəlilabad rayonunda “Bakı fəhləsi” kolxozunda hesabdar, kənd sovetinin katibi və hərbi stolun rəisi, 1944-1947-ci illərdə “Azərneftkəşfiyyat” Trestinin rayondakı qazma kontorunda mühəndis və iqtisadçı işləmişdir. O, 1948-1949-cu illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində referent-məsləhətçi, 1949-1952-ci illərdə isə Kənd Təsərrüfatı Nazirliyində inspektor və mühəndis-iqtisadçı vəzifələrini tutmuşdur.

1953-1956-cı illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbində təhsil alan Salman Cəfərov burada istehsalın və əməyin təşkili ixtisası üzrə tam kursu başa vurduqdan sonra 1956-1963-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, baş iqtisadçı və şöbə rəisi vəzifələrində çalışmışdır. 1963-cü ildən Azərbaycan Respublikası Partiya-Dövlət Nəzarəti Komitəsində  şöbə müdiri, komitə sədrinin müavini və birinci müavini işləmişdir. 1989-1995-ci illərdə Salman Cəfərov Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun İqtisadi İslahatlar Mərkəzində müfəttiş və böyük iqtisadçı vəzifələrində işləmişdir. 1995-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının dövlət nəzarəti şöbəsinin müdiri olmuşdur.

Salman Cəfərov vəzifəsindən asılı olmayaraq, uzun illər boyu çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Özünə xas yüksək tələbkarlığı və dərin məsuliyyət hissi, mənəvi saflığı və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada dövlət nəzarəti sisteminin təkmil strukturunun müəyyənləşməsi və zamanın tələblərinə uyğun qurulması üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Salman Cəfərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, Bakı Şəhər Sovetinin və bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

Salman Cəfərovun altmış ilə yaxın dövrü əhatə edən uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif edilmiş, respublikanın Əməkdar iqtisadçısı fəxri adını almış, dövlət orqanlarında səmərəli xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Salman Süleyman oğlu Cəfərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Həmkarlar İttifaqı Komitəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında