Səyyar “ASAN xidmət” yerlərdə əhaliyə uğurla xidmət göstərir

Hazırda “ASAN xidmət” mərkəzləri artıq dövlət xidmətlərinin göstərildiyi bir mərkəzdən ümumi xidmət mərkəzinə çevrilib. Bu mərkəzlər mobil şirkətlər, kabel televiziyaları, kommunal xidmətlər də daxil olmaqla digər şirkətlər üçün də cəlbedici olub. Mərkəzlərdə artıq bəzi tibbi xidmətlər də göstərilir.

Yüksək texnologiyalı avtobuslarda ölkənin ucqar bölgələrinə səyyar “ASAN xidmət” həyata keçirilir. Həmçinin evlərə xidmət göstərilir.

“ASAN xidmət” fəaliyyətə başladığı iki il yarım ərzində 6 milyondan çox insana xidmət göstərib. Hər bir mərkəz gün ərzində 2500-3000 insana xidmət göstərir. Aparılan monitorinqlərin nəticələrinə əsasən,  müştərilərin 98 faizi göstərilən xidmətdən məmnundur.

Yüksək texnologiyalı avtobuslarda ölkənin ucqar bölgələrinə səyyar “ASAN xidmət” həyata keçirilməsi davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən aldığımız məlumatda bildirilir ki,  oktyabrın 19-dan 28-dək Abşeron rayonunda qeydiyyatda olan sakinlər Novxanı qəsəbəsində səyyar “ASAN xidmət”dən yararlana biləcəklər.

Burada səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycanda ictimai xidmət sahəsinin uğurlu transformasiyasına nail olmuş “ASAN xidmət”in nailiyyətləri Londonun məşhur “Queen Elizabeth II” konfrans mərkəzindəki “Civil Service Live 2015" adlı sərgi və konfransda nümayiş etdirilib. Bu ilin iyununda ”ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək mükafata layiq görülməsindən sonra baş tutan təqdimat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında