Müharibə əlillərinə və şəhid ailələrinə daha 47 mənzil verilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir.

Mənzillərin orderlərinin təqdim olunması zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev sosial cəhətdən həssas qruplardan olan insanların rifah halının yaxşılaşdırılmasının ölkə başçısı İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, həmin insanların sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib. O qeyd edib ki, ölkəmizdə davamlı makroiqtisadi inkişaf şəraitində bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi aparılıb və ötən həftə  inşası yekunlaşan 41 ev  istifadəyə verilib.

Hazırda ƏƏSMN-nin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli (ümumilikdə 238 mənzil) yaşayış binaları da inşa edilir: Bununla yanaşı, Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması və təmir etdirilməsi işləri görülür. Onlardan artıq təmir işləri yekunlaşan 47 mənzil dünən müharibə əlilləri və şəhid ailələrinə təqdim edilib. Yaşayış binalarından mənzillərin satın alınması bununla əlaqədar tender elan olunmaqla onun nəticələrinə əsasən həyata keçirilir və hazırda yeni mənzillərin alınması istiqamətində işlər davam etdirilir.

Daha sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına uyğun hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.

Tədbirdə iştirak edən ayrı-ayrı əlil ictimai birliklərinin nümayəndələri ölkəmizdə sosial firavanlığın təminatı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin sosial cəhətdən həssas qruplara aid şəxslərin təminatlarının gücləndirilməsi ilə də müşaiyət olunduğunu, bu istiqamətdə mühüm addımların atıldığını bildiriblər.

Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələrinin üzvləri həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Onlar daim Prezidentin  qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, bu diqqətin daha bir nümunəsi kimi yeni mənzillərlə təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında