Müharibə əlilləri və şəhid ailələrinə 40 fərdi yaşayış evi təqdim olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədi Ağdam, 14 ədədi Ağcabədi, 11-i Yevlax, 5-i isə Bərdə rayonlarında olmaqla, daha 40 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir.

Tədbirlərdə ƏƏSMN-nin, Ağdam, Ağcabədi, Yevlax və Bərdə rayonlarının icra hakimiyyəti aparatlarının, əlil ictimai birliklərinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər.

ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Ç.Əliyev ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırmış və həmin insanlara yönələn Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığını vurğulayaraq, eyni zamanda onların pensiya və ya müavinətlə təmin edildiklərini, onlar üçün qanunvericilikdə bir sıra imtiyazların nəzərdə tutulduğunu bildirmişdir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan makroiqtisadi sabitlik və inkişaf dinamikasından bəhs edilmiş, qeyd olunmuşdur ki, iqtisadi böhran səbəbindən hətta inkişaf etmiş ölkələrdə bir çox sosial proqramlar təxirə salındığı halda, Azərbaycan iqtidarının sosialyönümlü siyasətinin bariz təzahürü kimi, ölkəmizdə bütün sosial proqramlar uğurla davam etdirilir. Təsadüfi deyil ki, dövlətimizin başçısı respublika hökumətinin cari ilin birinci yarımilində sosial-iqtisadi inkişafın yekunlarına dair iclasında “Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”, – deyə vurğulamışdır.

Hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa etdirilir. 52 rayonda isə 375 fərdi evin tikinti işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin, hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri görülür ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək.

Toplantılarda Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamın 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında