Abşeronlu məzunun uğuru

Tədrisin mühüm bir mərhələsi artıq geridə qalıb — şagirdlər on bir il uğurla  təhsil aldıqları doğma orta məktəblərindən məzun olublar. Yeni və daha mühüm bir mərhələnin isə astanasına qədəm qoyublar — müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanıblar.

Əlbəttə, bu mübarizədən - həyatın bəlkə də ilk müstəqil imtahanından kimi orta, kimi isə yüksək göstərici ilə keçib. Elələri də var ki, ən yüksək nəticəni qazanaraq, təkcə valideynlərinin, doğmalarının deyil, eyni zamanda, məktəblərinin və  bütün el-obanın qürur və iftixar mənbəyinə çevriliblər. Abşeronlu  Əli İsgəndərov kimi. Xırdalan şəhər 3 saylı tam orta məktəb-liseyin məzunu  Əli qəbul üçün ən yüksək olan 700 balı toplayaraq  tələbə adını qazanmışdır. Bu, həm də Abşeron rayonu üçün də ilk göstəricidir, yəni  bu uğur daha əvvəl heç bir məzuna nəsib olmamışdı.

 Əli İsgəndərovun qazandığı bu nailiyyəti haqlı olaraq son on ildə Abşeron rayonunda həyata keçirilmiş genişmiqyaslı abadlıq-quruculuq işlərinin, yeni yaradılmış, bir-birindən yaraşıqlı və hər cür imkanlara malik  məktəblərin təhsilin inkişafı üçün  açdığı geniş meydanın məntiqi nəticəsi saymaq olar. Çünki on il ərzində hər cür imkanı olan müasir tipli  onlarla məktəb və məktəbəqədər müəssisə tikilib şagirdlərin istifadəsinə verilmişdir.

Bir neçə gün öncə keçirilmiş müəllimlərin ənənəvi sentyabr konfransında Abşeron təhsilinin son tədris ilindəki uğurları sadalanmış, Əli İsgəndərovun nailiyyəti isə xüsusi vurğulanmışdı. Açıq-aydın görünürdü ki, builki nəticələr rayon  icra hakimiyyətinin yeni başçısı kimi  ilk böyük tədbirdə iştirak edən, “Abşeron rayonunda  məktəblərin və məktəblilərin həmişə qayğıkeş hamisi olmuş” (ifadə 700 bal toplamış məzun Əli İsgəndərova məxsusdur) İradə Gülməmmədovanın  da ürəyincədir. Ötən dərs ilinin nəticələri barədə danışan icra başçısı məzunların əldə etdikləri göstəriciləri, 43 nəfərin 600-dən çox bal toplamasını yüksək qiymətləndirmiş, xüsusilə  Əlinin uğurundan bəhs edərkən qürur və sonsuz  iftixar hissi keçirdiyini (bu səmimi hisslərin təsirindən duyğulanması isə zalda əyləşmiş yüzlərcə abşeronlunun diqqətindən yayınmamışdı), onun valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirmişdi. Bu uğurun davamlılığına əmin olduğunu söyləyən rayon rəhbəri, eyni zamanda, tələbə adını qazanmış məzunların ali məktəbləri bitirdikdən sonra doğma rayonları üçün faydalı vətəndaş olmalarını arzulamış, heç bir əzab-əziyyətdən, çətinlikdən çəkinməyərək Abşeron rayonunda təhsilin inkişafı üçün bundan sonra da bütün zəruri tədbirlərin görüləcəyini  vuğulamışdı.

700 bal toplayaraq abşeronluların üzünü ağ eləyən Əli İsgəndərovun bu sözləri  isə, şübhəsiz ki, hələ uzun müddət yaddaşlarda qalacaq: Azərbaycan ildən-ilə qüdrətlənir.Ölkəmizin hər yerində aparılan quruculuğun geniş miqyasını rayonumuzun nümunəsində görürük. Möhtərəm Prezidentimizin qayğı və diqqəti nəticəsində Azərbaycanın hər yerində olduğu kimi, Abşeron rayonunda da digər sahələrlə yanaşı, millətin gələcəyi olan təhsilin səviyyəsi yüksəlir. Xoşbəxtik ki uşaqlarıq ki, geniş imkanlara malik yaraşıqlı məktəblərdə təhsil alırıq.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında