Bakıdan Sumqayıta ilk işçi qatar yola düşüb

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmirinin başa çatmasıyla bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun  verdiyi məlumata görə, ilk işçi qatarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur departamenti, sərnişindaşıma, rabitə-siqnalizasiya, elektrik-təchizatı departamentinin əməkdaşları yola düşüb.

Məqsəd yola baxış keçirtmək və çatışmazlıq varsa, aradan qaldırmaqdır.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda əsaslı təmir işləri başa çatıb və sentyabrın 15-də yolun istifadəyə veriləcəyi gözlənilir. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 2015-ci il martın 3-də start verilib. Əsaslı təmir işlərini infrastruktur departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.  Elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında