Lənkəranda sosial-iqtisadi inkişaf sürətlənir

Dövlət qayğısı sayəsində tərəqqi edən Lənkəranın siması tanınmaz dərəcədə dəyişib.  Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Lənkərana növbəti səfərində bir neçə mühüm obyektin açılışı olub. İnfrastruktur layihələr rayonda uğurla icra olunur.

Prezidentin müvafiq sərəncamı ilə ayrılmış  vəsaitə uyğun olaraq, on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib. Hazırda Aşagı Nüvədi-Kənarmeşə-Şürük yolunun yenidən qurulması işlərinə başlanıb. Rayon ərazisində dəmir-beton konstruksiyalı 4 avtomobil körpüsü quraşdırılıb, 2 körpü əsaslı təmir olunub.  Bu ilin əvvəlindən rayonda iqtisadiyyatın və sosial  sferanın  inkişafına  26,6 milyon manat investisiya yönəldilib.

Lənkəranın küçə, bağ və parklarında  müasir hasarlar hörülüb, xeyli suvaq, rəngləmə işi aparılıb, 45000 ədəd gül kolu, 600 ədəd dekorativ və 1200 ədəd müxtəlif növ  ağac əkilib. Şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunub, xeyli fasad yenilənib. Dövlət vəsaiti və daxili imkanlar hesabına şəhərdaxili küçələrdə yolların sıradan çıxmış hissələrində cari təmir işləri aparılıb və asfalt döşənib. Bu günlərdə rayonun Balıqçılar qəsəbəsinə təbii qaz çəkilib. Artıq Lənkəranın 62 yaşayış məntəqəsi mavi yanacaq alır. İlin sonunadək daha 6 kənd qazlaşdırılacaq və təbii qazla təminat  93 faizə çatacaq.

Rayonda təhsilin maddi-texniki  bazasının  gücləndirilməsi də daimi xarakter daşıyır. Hazırda Darquba kənd orta məktəbinin tikintisində son tamamlama işləri görülür.  Lənkəran şəhərində 120 yerlik müasir tipli uşaq bağçası istifadəyə verilib.

Yeni Olimpiya İdman Kompleksi və 11 mərtəbəli 5 ulduzlu otel kompleksi tikilir. Həmçinin ölkə başçısının sərəncamı ilə abadlıq-quruculuq işlərinin aparılmasına ayrılmış 4 milyon manatlıq vəsaitə uyğun olaraq şəhərin Nəsimi, Füzuli, Nəsirli, Şəhidlər xiyabanı və M.M. Axund küçələrində işlər davam edir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında