Kürdəmir: ugurlar zəhmətsevərlik, işgüzarlıq və torpağa bağlılıqdan qaynaqlanır

Bu il rayonun tarixində rekord miqdarda taxıl istehsal edilmişdir

2015-ci ilin birinci yarısını müsbət göstəricilərlə başa vuran rayonlar arasında Kürdəmir də var. Qeyd etmək lazımdır ki, dövlət proqramına əsasən nəzərdə tutulmuş bir çox tədbirlərin uğurla həyata keçirilməsi rayonda sosial – iqtisadi inkişafın sağlam təməllərə əsaslandığını göstərir.

Bu, ilk növbədə əhalinin işlə təminatında özünü daha qabarıq göstərmişdir. 209 nəfəri daimi, 40 nəfəri isə müvəqqəti və mövsümi olmaqla, 2015-ci ilin 6 ayında 249 nəfər işlə təmin olunmuşdur.

Ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz (169152,7 min manat), ümumi məhsul buraxılışının sənaye sahəsi 64,4 faiz artaraq (26857,2 min manat), kənd təsərrüfatı sahəsi 15,4 faiz (61286 min manat) artmış, tikinti, nəqliyyat və rabitə sahələrində də keçən ilin müvaq dövrü ilə müqayisədə artım əldə olunmuşdur.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürdəmir rayonunda aqrar sektorun inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Sevindirici haldır ki, rayonda taxıl istehsalının artırılması sahəsində ardıcıl işlər görülmüşdür. 38788 hektar taxıl sahəsi 1,5 dəfə suvarılmış, 24 min hektardan çox sahəyə üzvi və mineral gübrələr verilmiş, 8 min hektarda ziyanvericilərə qarşı, 6 min hektarda alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.

Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.

Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 136 kombayn çıxarılmış, 20 iş günü müddətində ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır.

Yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər və biçin mövsümünün taxılçılıq üçün əlverişli olması nəticəsində bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 28,1 sentner olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 sentner çoxdur.

Toxum istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tondan çox yüksək reproduksiyalı toxum əldə edilmişdir. Hazırda taxıl məhsulları istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu il 1300 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, ən müasir texnologiya ilə becərilməsi təşkil olunmuşdur.

Məlumat üçün qeyd edək ki, 12980 hektarda yonca, 1214 hektarda kartof, 2690 hektarda tərəvəz, 4098 hektarda bostan, 86 hektarda günəbaxan, 32 hektarda yerfındığı becərilmişdir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il daha çox məhsul götürüləcəkdir.

 Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iribuynuzlu mal qaranın sayı 64,2 min, qoyun və keçilərin sayı 132,7 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,2, süd istehsalı 0,6, yumurta istehsalı 0,5, yun istehsalı 3,4 faiz artmışdır.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində də işlər davam etdirilir. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 500 başa çatdırılmışdır. Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur. 2015-ci ilin 6 ayında Kürdəmir şəhərində Trest, Şəhər 2 və Cənub hava xətləri yenidən qurulmuş, 1057 ədəd smart kart tipli sayğac və 2 ədəd transformator quraşdırılmışdır. Sığırlı kəndində Azərişıq ASC tərəfindən 2 ədəd yeni müasir tipli trasformator, ümumilikdə 6 kilometr hava xətti Sip kabellə əvəz olunmuş, 85 ədəd elektron tipli sayğac quraşdırılmışdır.

Ümumilikdə 9 transformator əsaslı, 14-ü cari təmir olunmuşdur. Tikinti-quraşdırma işləri başa çatdırılmış 190 fərdi mənzildən ibarət Garıs-Əyribənd kəndinə qazın verilməsi təmin edilmişdir. Kənddə, ümumilikdə, 10866 metr müxtəlif diametrli yerüstü polad qaz kəməri çəkilmiş, mənzillərdə fərdi tənzimləyici və mexaniki qaz sayğacı quraşdırılmışdır.

Hazırda Karrar qəsəbəsi, Ərəbqubalı, Məhərrəmli, Sor-Sor, Muğanlı, Köhünlü, Muradxan kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Bundan başqa, diametri 315 millimetr, uzunluğu 14 kilometr olan Məhərrəmli — Öyləqulu əsas daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır ki, bu xətt rayonun Öyləqulu, Dayıkazımlı, Qoçulu, Mehdili, Axtaçı kəndləri üçün mənbə funksiyasını yerinə yetirəcəkdir.

Dövlət proqramına uyğun olaraq 2015-ci ilin birinci yarımilliyində Kürdəmir şəhərində diametri 500 millimetr, 1200 poqonometr uzunluğunda, diametri 500 millimetr, 131 poqonometr uzunluğunda, diametri 400 millimetr, 200 poqonometr uzunluğunda, diametri 400 millimetr, 6 poqonometr uzunluğunda polietilen borularla kanalizasiya xətti çəkilmişdir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2015 – ci ilin 6 ayı ərzində rayonda xeyli tikinti-quraşdırma, yenidənqurma və abadlıq işlıri görülmüşdür. Heydər Əliyev Parkında Heydər Əliyev Muzeyinin qarşısındakı ərazidə beton mozaik tavalar 1406 kvadratmetr sahədə qranit plitələrlə əvəz edilmiş, muzeyin qarşısındakı klassik formada quraşdırılmış fontan qurğusu sökülərək yenidən modern tipli fontan qurğusu quraşdırılmışdır.

Şəhərin Bakı prospektində piyada yoluna 580 metr uzunluğunda beton səki daşı düzülmüş, 420 kvadratmetr mozaik tava qoyulmuşdur.

Dəyirman Kombinatının ərazisindən “Bayraq meydanı”na qədər olan məsafədə yolun kənarlarına 5200 metr uzunluğunda beton səki daşları düzülmüş, 62 ədəd 2 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılmışdır.

Ərazisi 4,5 hektar olan “Bayraq meydanı” kompleksinin ərazisi tamamilə torpaqla doldurulub hamarlanmış, “Bayraq muzeyi”ndə və “Gənclər kafesi”ndə tikinti — quraşdırma işləri başa çatdırılmışdır. İlin 6 ayı ərzində “Bayraq meydanı”nda 400 kubmetr torpaq, 539 kubmetr dəmir-beton, 1012 kubmetr hörgü, 919 kubmetr suvaq işləri görülmüş, 13000 metr uzunluğunda beton səki daşları düzülmüş, 12600 kvadratmetr mozaik tavalar qoyulmuşdur. “Bayraq muzeyi”nin və “Gənclər kafesi”nin fasad hissəsində 565 kvadratmetr cəbhə sistemi quraşdırılmış, qarşısında dəmir şəbəkə bərkidilmişdir.

“Bayraq muzeyi” və “Gənclər kafesi” üzərindəki 600 kvadratmetrlik ərazi hidroizolyasiya olunmuş, mərmər plitələrlə üzlənərək ətrafına 150 metr uzunluğunda şüşə lövhəli məhəccər quraşdırılmışdır.

“Bayraq muzeyi”ndə və “Gənclər kafesi”ndə 2370 kvadratmetrdə mərmər və qranit üzlük materialı vurulmuş, tavan alçipanla üzlənmiş, havalanma sistemi, mebel avadanlıqları və qapıları quraşdırılmış, işıq sistemi çəkilmiş, irihəcmli kondisionerlər qoyulmuş, daxili divar və sütunlar oboyla üzlənmiş, emulsiya ilə rənglənmişdir. “Bayraq meydanı”nda kanalizasiya xətləri çəkilmiş, suvarma sistemləri quraşdırılmışdır. Müasir tipli “Ala qapı” baş giriş qapısı tikilmiş, 2 ədəd müasir modern tipli fontan qurğusu quraşdırılmışdır.

İlin 6 ayında “Bayraq meydanı”nda 963,433 manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məktəbəqədər təhsil müəssisələrinin tikintisinə xüsusi önəm verilməsinə dair təşəbbüsünə rayon icra hakimiyyəti də qoşulmuşdur. Şəhərə bitişik ərazidə 2 mərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi iyunda başa çatdırılaraq tam şəkildə inventar və avadanlıqlarla komplektləşdirilmişdir.

İlin birinci yarısında şəhərin “Qələbə parkı”nda 110 metr beton səki daşları düzülmüş, 106 kvadratmetr mozaik tavalar qoyulmuş, 40 kvadratmetr hörgü işləri aparılmış, 15 ədəd 3 plafonlu işıq dirəyi quraşdırılmış, ümumilikdə 20,318 manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.

Tarix Diyarşünaslıq Muzeyində ilin 6 ayı ərzində 151,176 manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmiş, Yeni Azərbaycan Partiyasının (YAP) Kürdəmir təşkilatının ikimərtəbəli inzibati binasının tikintisi başa çatdırılmış, binanın tikintisinə daxili imkanlar hesabına 650 min manat vəsait xərclənmişdir.

İlin 6 ayı ərzində 12341 nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun dağılmış 20 kilometr hissəsinin əsası yenidən işlənərək bərkidilmiş, 120 min kvadratmetr sahədə 8 santimetr qalınlığında asfalt vurulmuşdur. Yolun yenidən bərpa edilməsinə 2,031,4 min manat vəsait xərclənmişdir.

2015-ci ilin 6 ayı ərzində Kürdəmir Telekommunikasiya Qovşağı üzrə texniki iqtisadi və maliyyə göstəricilər müsbət dinamikada artmışdır. Dövlət Proqramına əsasən əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə Muradxan, Köhünlü, Şilyan, Sığırlı kənd EATS-lərinin daxili xətt şəbəkələrində cari təmir işləri aparılmış, ümumilikdə 50 ədəd telefon xətti texniki normaya gətirilmişdir. Qovşaq üzrə internet kulublarının sayı 17 -yə çatdırılmış, ümumilikdə internet istifadəçilərinin sayı 1686 olmuşdur.

Kürdəmir Poçt filialı tərəfindən cari ilin 6 ayında investisiya hesabına Beyi kəndində müasir tələblərə cavab verən yeni poçt binası tikilmişdir. 2015 – ci ilin ilk 6 ayında Yol istismarı idarəsi tərəfindən “Azəryolservis” ASC – nin xətti ilə dörd kilometr kənd yolu çınqılla təmir edilmişdir. Sor-Sor-Muradxan, Pirili, Şilyan kənd yollarının gediş-gəliş hissələri avtoqreyderlə hamarlanmış, çökək yerlər çınqılla doldurulmuşdur. Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda 5750 kvadratmetr asfalt beton qarışığı ilə çala təmiri işləri görülmüş, həmin yollarda yerləşən körpülər və yol nişanları rənglənmiş, körpülər yuyulmuş və sair işlər görülmüşdür.

“Azəryolservis” ASC — nin xətti ilə Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 34 — cü kilometrində əsası yenidən işlənilməklə 1150 metr məsafədə, eni 20 metr olmaqla 21700 kvadratmetr sahədə Kürdəmir şəhərinin Babək küçəsindən keçən ərazisinə yeni asfalt-beton örtüyü vurulmuşdur.

Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.

Kürdəmir şəhərində inşa ediləcək 9 saylı uşaq bağçası-körpələr evinin layihə-smeta sənədləri hazırlanaraq rəy alınmaq üçün əlaqədar qurumlara verilmişdir.

2014 - c ü ildə inşasına başlanmış 624 şagird yerlik Atakişili kənd tam orta məktəb binasında hörgü işləri başa çatdırılmış, daxili kommunikasiya və elektrik xətləri çəkilmiş, 1 – ci və 2 – ci mərtəbələrdə suvaq işləri tamamlanmışdır. Binanın pəncərələri quraşdırılmış, taxta döşəməsi vurulmuş, sanitar qovşaqlarında divar və döşəmə hissələri kafel metlax üzlük materialı ilə üzlənmişdir. Hər 3 blokda xarici divarın kürsü hssəsi ağlay materialı ilə üzlənmiş, ərazidə inşa edilmiş qazanxana binasının divar-hörgü işləri tamamlanmışdır.

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi ölkənin bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda bu il də uğurla həyata keçirilmişdir. Fevral ayının 1 – dən may ayının 1 – nə kimi rayon üzrə müayinədən keçirilmiş 103157 nəfərdən 1761— i ambulator, 230 – u isə stasionar müalicəyə cəlb olunmuş, 107 – si isə Bakı şəhərinə göndərilmişdir.

İlin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları ilə bağlı kürdəmirlilərə geniş hesabat verən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun söylədiyi bir fikir bu yazının ümumi məğzini tamamilə ifadə edir. Rayon rəhbəri belə demişdi: Kürdəmirlilər zəhmətsevər, işgüzar və torpağa bağlı insanlardır. Bu xüsusiyyətlərə dövlət qayğısını və dəstəyini də əlavə edəndə qazanılan nəticələr tamamilə təbii və davamlıdır.

Zənnimcə, bu fikrə nəsə əlavə etməyə ehtiyac yoxdur.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında