Dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqə başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən

31 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün bu il aprelin 15-də elan edilmiş müsabiqə başa çatıb.

DQMK-dan bildiriblər ki, müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın olmaqla 2850 namizəd qeydə alınıb. Namizədlərdən 75,72 faizini gənclər təşkil edib.

Müsabiqənin test imtahanı mərhələsi bu il 22 may - 11 iyun tarixlərdə keçirilib. Namizədlərdən 999-u (bütün namizədlərin 35,05 faizi) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 1851 namizədin hər birinə test imtahanın başa çatdığı an nəticələri əks etdirən arayış təqdim edilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanında 548 nəfər (bütün namizədlərin 19,23 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Onlardan 181 nəfəri 5-ci, 246-sı isə 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 121 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 22 iyun - 6 avqust tarixlərində keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 434 namizəddən 35 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 119-u vəzifəyə uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olub. Bunlardan 19-u təmin olunmayıb. İki namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilib.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Artıq onlardan 25-i vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında