Mingəçevir şəhərində yeni su təchizatı sistemi yaradılır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihələrin icrasını uğurla davam etdirir. 

Bu günlərdə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşdırılıb. Xatırladaq ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfər sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanıb.

İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası artıq başa çatdırılaraq şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilib. Təmizləyici qurğunun ikinci mərhələsinin tikintisi başa çatdıqdan sonra Mingəçevir şəhəri ilə yanaşı, Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq.

Layihə çərçivəsində şəhərin içməli su şəbəkəsi üzrə işlərin 80 faizə yaxını icra edilmiş, tikintisi nəzərdə tutulan 270 kilometr olan şəhərdaxili şəbəkənin 205 kilometrlik hissəsində işlər başa çatdırılmışdir. Yeni şəbəkədən 15 minə yaxın ev birləşməsi verilmiş,  8 minə qədər abonent smart sayğacla təmin olunmuşdur.

İstehlakçıları dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir şəhərinin  relyef baxımından yüksək ərazisində ümumi tutumu 20 min kubmetr olan anbar kompleksinin, su şəbəkəsinin tikintisi və sayğaclaşma işləri hazırda davam etdirilir.

Şəhər üzrə layihələndirilmiş  234 kilometr kanalizasiya şəbəkəsinin 84 kilometrlik hissəsində işlər yekunlaşmışdır. Bundan əlavə, çirkab suların idarə olunması məqsədilə üç ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmişdir. Bunun da nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkli suların qarşısı alınmışdır. Yeri gəlmişkən, Mingəçevir şəhərində yaranacaq tullantı sularının Yevlax rayonu ərazisində tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilmiş təmizləyici qurğuda  zərərsizləşdirilməsi nəzərdə tutulur. Gələcəkdə Yevlax şəhərinin tullantı suları da bu təmizləyici qurğuya ötürüləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında