Azərbaycanın torpaq-iqlim şəraiti olduqca zəngindir. Burada becərilən meyvə-tərəvəz və bostan məhsulları, eləcə də “ikinci çюrək” adlandırılan kartof dadına-tamına gюrə bir çox юlkələrin məhsullarından üstündür. Çünki dünyanın 11 iqlim nюvündən 9-u, ona uyğun da torpaq şəraiti məhz юlkəmizə məxsusdur.
Ancaq etiraf etməliyik ki, hər yerdə olduğu kimi, son illərdə ekologiyası pozulmuş, münbitliyi ciddi surətdə azalmış torpaqların çirklənməsi qida məhsullarının təkcə ətrinin yox, həm də dadının-tamının keçmiş dюvrlərdə olduğundan xeyli geri qalmasına səbəb olmuşdur. Uzun illər kobud surətdə istismar edilən əkin yerlərinin zaman-zaman kimyəvi maddələrlə çirklənməsi torpaqların gücdən düşməsinə gətirib çıxarmışdır. Sənaye üsulu ilə alınmış mineral gübrələrin, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı işlədilən pestisidlərin və s. preparatların tətbiqinin tarixi bir əsrdən çox ola bilməz. Ancaq юtən müddət ərzində məhsuldarlıq artsa da, qeyd etdiyimiz kimi, məhsulun dadı əvvəlkinə nisbətən xeyli dəyişib. Bütun bunlardan əlavə, qeyd etdiyimiz юtən bir əsrdə biosferə canlı orqanizm üçün zərərli olan külli miqdarda kimyəvi tullantılar, o cümlədən 180 mindən çox xüsusi təhlukəli maddələr sayılan dюrd milyon potensial zərərli maddə atılmışdır. Odur ki, yüz il bundan əvvəl bir adam gün ərzində qəbul etdiyi qida ilə ona münasib enerji sərf etməklə 5000-6000 kilokalori alırdısa, hazırda təbii, ekoloji cəhətdən təmiz sayılan qida ilə 1900-2100, ən yaxşı halda isə 2400 kilokalori qəbul edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata əsasən, Azərbaycanda adambaşına gün ərzində orta hesabla 2242 kilokalori düşür. Onu da qeyd edək ki, 1960-cı illərdə bu enerji indikindən 1,5 dəfə çox, yəni 3600 kilokalori təşkil etmişdir. Orqanizmin tələbatı isə bundan sonra da genetik olaraq heç zaman dəyişən deyil. Bu o deməkdir ki, bir adam gün ərzində “C” vitamininə olan tələbatını юdəmək üçün gərək bütün günü meyvə-tərəvəz yesin, yaxud da 15 stəkan təzə alma şirəsi içsin.
Keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda 1960-cı illərdə kənd təsərrüfatının məlum kimyalaşdırılımasından юrnək gюtürərək azot gübrəsinin də yüksək dozada geniş tətbiqinə başlandı. Təsadüfi deyildir ki, 1960-1970-ci illərdə tərəvəz və yem bitkilərində (ən çox toplandığından) nitratların toplanmasının geniş tədqiq edilməsi zərurəti yaranmışdı. Nəticədə bitki məhsullarının keyfiyyətini yaxşılaşdırmaq, hətta məhsuldarlığın 8-10 faiz aşağı düşməsi hesabına olsa belə, onların tərkibində nitratları minimuma endirmək üçün azot gübrəsinin dozasını maksimum azaltmaq qərarına gəlindi. Onsuz da bu və ya digər səbəblərdən bütün dünyada istehsal olunan ərzağın üçdə bir hissəsi, ildə təxminən 1,3 milyard tonu itirilir, ya da atılır. Yeri gəlmişkən, hazırda təkcə Azərbaycanda yox, eləcə də bütün dünyada torpaqların təbii qida maddələri ilə zənginləşdirilməsi, onun strukturunun yaxşılaşdırılması ən vacib problemlərdən biridir. Bir sюzlə, qida maddələri ilə qumsal torpaqların münbitliyinin artırılması günün son dərəcə vacib məsələsinə çevrilmişdir.
Məlum olduğu kimi, dünyadakı meşə torpaqları münbitliynə gюrə seçilir. Bunun da səbəbi odur ki, meşədə torpaqdan nə əmələ gəlirsə, son nəticədə hamısı torpağa qaytarılır. Təbiətin юzü bizə torpaq, bitki və məhsul arasında saf əlaqənin nəticəsi kimi meşə torpaqlarının əvəzolunmaz münbitliyini bəxş etmişdir. Təəssüflər olsun ki, bəzən insanlar bu qanunauyğunluğa biganə qalırlar. Nəzərə alınmır ki, meşədə torpaq bitkini yetişdirir, bitki isə юz nюvbəsində torpağı əmələ gətirir. Юzü də torpaq necədirsə, onun üzərində yetişən və yaşayan canlı orqanizmlər də ona uyğun olur. Odur ki, gəlin torpaqlarımıza elə qulluq edək ki, onu gələcək nəsillərə torpaq şəklində qaytara bilək. Ən asan, ucuz başa gələn kompost almaqla torpaqlarımızı meşə torpağı kimi münbit və bərəkətli etmək olar. Bununla da, həmin torpaqlarımızda ekoloji təmiz, sağlam qida məhsullarının yetişdirilməsi mümkündür.
Kompost bitkiləri asan mənimsənilən qida maddələri ilə təmin edən təbii gübrədir. Ən əsası isə kompost faydalı mikroorqanizmlərin sayını xeyli artırmaqla onların fəaliyyətini yaxşılaşdırır, torpağın bioloji aktivliyini yüksəldir, humusun miqdarını artırır. Bir sюzlə, bu əvəzsiz təbii gübrə torpağı azot, fosfor və kaliumla təmin edir, mikroelementlərlə zənginləşdirir. Kompost, həmçinin torpağın su-fiziki və aqrokimyəvi xüsusiyyətlərinə müsbət təsir edərək su-hava və temperatur rejimini normallaşdırır, torpağı yumşaq saxlamaqla onu dənəvər edir. Bir sюzlə, qida elementlərinin bitkiyə daxil olmasını sürətləndirir. Ona gюrə ki, faydalı mikroorqanizmlər üzvi maddələri (zülalları—pektin, selliyuloza, hemisellyuloza və s. maddələri) parçalayır və minerallaşdırır. Sənaye gübrələrindən fərqli olaraq xüsusən də azot gübrəsinə nisbətən kompostun artıq səpilməsi məhsulun keyfiyyətini pisləşdirmir, əksinə onun tərkibində nitratın həddindən çox toplanmasının qarşısını alır. Ən yüksək dozada, hektara 120-180 kiloqram azot gübrəsi verildikdə onun 8 kiloqramadək hissəsi yuyulub yeraltı sulara qarışır. Kompost isə əksinə, içməli suyun, havanın, torpağın çirklənməsinin qarşısını xeyli ala bilir. Bütün bu üstünlükləri nəzərə alaraq torpaqlarımızın münbitliyini artırmaq məqsədilə kompostun kütləvi istehsalına başlamaq zəruridir.
Fermerlər, eləcə də fərdi təsərrüfatçılar azı 10-20 kubmetr юlçüdə silos quyusuna bənzər quyu qazmaqla ora mal-qaranın bütün tullantılarını, ağac yonqarını (kəpəyini) payızda tюkülən bütun xəzəlləri (yandırılmadan), pambıq qərzəyini, üzüm cecəsini, ot, alaq, kюvşən, torf və s. doldurmaqla kompost əldə edə bilərlər. Bu məqsədlə hətta bazarların xarab məhsullarından, konserv sənayesinin, fabriklərin üzvi tullantılarından, eləcə də gündəlik mətbəxdən atılan ərzaq qalıqlarından da istifadə etmək olar. Quyunu həmin ərzaq qalıqları ilə tam doldurduqdan sonra yaxşıca nəmləşdirib və qarışdırıb üzərini qalın sintetik pərdə (məsələn, poliamid) ilə kip юrtmək lazımdır. Azot itkisinə yol verməmək üçün quyunun ətrafını çim (yaş) torpaqla basdırmaq vacibdir. Yaxşı olar ki, belə quyu fermaya yaxın, yaxud digər münasib yerdə qazılsın. Qızışma müddətində “yanma” davam edir. Odur ki, soyuma prossesində quyu açılaraq nəmliyi nizamlanır və qarışdırılır.
Geniş miqyasda biokonversiya üsulu ilə kompost istehsal olunarsa, fekalın (gecə qızılı) quru qalığından da istifadə etmək mümkündür. Bu zaman qoxunun azaldılması üçün torf, xüsusi biopreparatlardan istifadə etmək olar. Ümumiyyətlə, çürüməni tezləşdirmək üçün azotobakterin və fosfor yaradan bakteriyalardan istifadə olunarsa, kompostun tərkibində bitki tərəfindən asan mənimsənilən qida maddələrinin miqdarı daha da artar. Kompost hazırlanan zaman təbii çürümə nəticəsində azı 60 dərəcə selsi istilikdə alaq otlarının toxumları, zərərverici və xəstəlik tюrədiciləri məhv olur. Əksər hallarda peyində əmələ gələn danadişinin kюkü kəsilir. Belə hazırlanan kompost ən geci 6 aya, yuxarıda deyildiyi kimi, sürətləndirici tədbirlərin həyata keçirilməsi hesabına isə 2-3 aya tam yetişir. Gələcəkdə biohumus alınması nəzərdə tutularsa, kompostdan istifadə edilməsi mümkündür.
Bir çox inkişaf etmiş юlkələrdə məişət, sənaye və kənd təsərrüfatının üzvi tullantıları bir neçə nюv mikroorqanizmlər və soxulcanlar vasitəsilə emal edilir. Nəticədə ekoloji cəhətdən təmiz üzvi gübrə - biohumus alınır. Biohumus peyindən 5-7 dəfə səmərəlidir, məhsuldarlığı 25-35 faiz yüksəldir. Onun ən bюyük hissəcikləri 2 millimetrdir. Biohumusla becərilən bitkilər və onların məhsulları ekoloji cəhətdən təmiz (nitratsız) olmaqla yanaşı, uzun müddət xarab olmur. Onun təkibində makro-mikroelementlər, vitaminlər, boyartırıcı maddələr birləşmişdir. Biohumus toxumların cücərdilməsində, şitillərin, dekorativ və kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə oluna bilər. Biohumusun ətraf mühitə və insan sağlamlığına mənfi təsiri yoxdur. Yeri gəlmişkən, son zamanlar юlkəmizdə, demək olar ki, gübrə istehsal olunmur. Kənardan gətirilən gübrələr isə xeyli zəhmət və xərc tələb edir.
Son illər taxıl zəmiləri nisbətən yuxarıdan biçildiyindən çox zaman şum aparıldıqda kюvşən kotanın ağzına yığılaraq traktor mühərrikini gücə salmaqla yanacaq sərfini xeyli artırır. Vəziyyətdən çıxış yolu kimi sahədə bəzən kюvşənə od vurub yandırırlar. Bununla da, torpaqda uzun illər toplanmış humus qatı, eləcə də ziyanvericilərlə bərabər, xeyirli canlılar da məhv olur. Bu isə torpağa və gələcək məhsuldarlığa mənfi təsir gюstərir. Gюründüyü kimi, təbii üzvi gübrələrdən (kompostdan) istifadə torpağın münbitliyini və məhsuldarlığını xeyli artırmaqla yanaşı, sağlam qida istehsalına da imkan yaradır. Bir sюzlə, qida məhsullarının dadının-tamının qorunub saxlanması məqsədilə paxlalı bitkilərin əkini ilə yanaşı, qısa tarlalı əkin sistemi tətbiq edilməklə yerli, asan mənimsənilə bilinən üzvi gübrələrin fasiləsiz olaraq hazırlanıb tətbiq edilməsinə diqqət artırılmalıdır. Hazırlanmış üzvi gübrə—komposta (nəzərdə tutulan sahə çox bюyükdürsə) qənaət etmək məqsədilə gen cərgəli bostan əkinində yuvalara, kartof əkinində isə şırıma verməklə daha müsbət nəticə alınar. Bu zaman hər hektara 10-12 ton kompost vermək olar.
Aqrokimyəvi təhlillər nəticəsində torpaqda çatışmayan qida elementlərinin xeyli hissəsi kompostla birlikdə verilərsə, gübrələrin forması, dozası, norma və nisbəti, verilmə vaxtı, ən vacib hara səpilməsi, yaxud lokal verilməsi və s. nəzərə alınmalıdır. Aqronomlar yaxşı bilirlər ki, taxıl, çay, üzüm, pambıq, tütün plantasiyalarına və meyvə bağlarına istər şum altına, istərsə yemləmələrdə gübrəsəpən aqreqata normanı qoyub gübrəni səpmək mümkündür. Bostan-tərəvəz sahələrinə isə, əsasən, azot gübrəsi yemləmə şəklində əllə verilir, bu zaman heç bir norma nəzərə alınmır. Bostanda bütün sahəyə azot səpib tez-tez suvarmaq arzuolunmazdır. Kompost tətbiq edilən zaman torpağa azot gübrəsinin verilməsinə ehtiyac duyulmaması fikri tam yanlışdır. Kompost verilən zaman bitkinin inkişafının ilk mərhələlərində, həmçinin kompostun tərkibində mikroorqanizmlərin inkişafının birinci dюvründə az miqdarda azot gübrəsinə ehtiyac vardır. Bütün bunlar haqqında, yəni kompostun istehsalı və istifadəsi barədə юtən illər ərzində mətbuatda çoxsaylı məqalələr dərc olunmuşdur. Bununla yanaşı, hələ 1997-ci ildə torpağın, suyun, havanın ekologiyasının bərpası üçün məlum təbii üzvi gübrə olan kompost barədə təklifimiz yuxarı səviyyələrdə alimlərin müzakirəsinə verilmiş, müsbət rəylər alınmışdır.
Yeri gəlmişkən, Rusiyada fermerlərə kompost hazırlanıb, tətbiqi ilə bağlı gюstəriş verilmişdir. Юlkəmizdə də tək-tək təsərrüfatlarda kompost alınmasına rast gəlmək mümkündür. Ancaq yüksək keyfiyyətli kompost alaraq onun elmi əsaslarla tətbiq edilməsi üçün səriştəli mütəxəssislərin kюməyindən istifadə olunmalıdır. Azərbaycanda əhalini yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün 2050-ci ilə qədər gübrə istehsalının 20 faizədək artacağı proqnozlaşdırılır. Fikrimizcə, bunun çox hissəsini tюvsiyə etdiyimiz təbii üzvi gübrələr hesabına əldə etmək mümkündür. Bu yolla torpağın, suyun, havanın ekologiyasını saflaşdırmaqla yanaşı, əhalinin ekoloji cəhətdən təmiz, sağlam qidaya olan tələbatı da tam юdəniləcək.
Urfan MƏMMƏDOV,
aqrar elmlər üzrə fəlsəfə doktoru,
Səfaləddin İSMAYILOV,
AMEA-nın Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun üzvi gübrələr
laboratoriyasının bюyük elmi işçisi,
aqrar elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.