Əmək və əhalinin sosial müdafiəsi naziri Xaçmazda sakinlərlə görüşüb

ƏƏSMN-nin Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərini nazir Səlim Müslmov fərdi qaydada qəbul edib.

Əsasən minik avtomobilləri və mənzil, bərpa-müalicə xidməti, reabilitasiya vasitələri, iş yeri ilə təmin olunma, zərərə görə ödəncin verilməsi, əmək hüquqlarının təminatı və s. məsələlərlə əlaqədar müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll edilib, ayrı-ayrı şəxslərə münasib iş yerlərinə göndərişlər verilib.

S.Müslümov həmçinin bir sıra imtiyazlı vətəndaşların reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmasını tapşırıb: “Təkcə bu il 3 min 600 nəfər əlilliyi olan şəxsə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası və 216 ədəd eşitmə aparatı verilib. Eyni zamanda, nazirliyin bərpa mərkəzlərində 3 min nəfərdən çox əlilə bərpa-müalicə xidməti göstərilib, əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 165 nəfər Türkiyəyə bərpa müalicəsinə göndərilib. Yaxın günlərdə daha bir qrup sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə qardaş ölkəyə bərpa müalicəsinə yola salınacaq. Əlilliyi olan şəxslərin respublika daxilində və xaricdə müalicəsinə köməklik göstərilir”.

Nazir bir sıra vətəndaşların müraciətlərinə uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olub-olmamasının müəyyənləşdirilməsi üçün onların müvafiq müayinəyə cəlb olunmasını tapşırıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib. S.Müslümov bildirib ki, son illərdə tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində əlillik və reabilitasiya məsələləri ilə bağlı nazirliyə müraciətlər getdikcə azalır: “Təkcə cari ilin ilk yarımilində bu azalma 18,9 faiz təşkil edib və həmin müraciətlərin də 50 faizi sorğu xarakteri daşıyıb. Əlillik və reabilitasiya məsələləri ilə bağlı daxil olan müraciətlərin isə yalnız 20,9 faizi əlillik təyinatı ilə əlaqədar olub”.

Ayrı-ayrı vətəndaşların müraciətlərində müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində yeni fərdi evlərin inşasına, həmçinin əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında