“Milli Orduda xidmət etməkdən qürur duyuruq”

Xətai Rayon İcra Hakimiyyəti ənənəyə sadiq qalaraq, Milli Ordu sıralarından tərxis olunmuş və hərbi xidmətdə fərqlənmiş rayon sakinləri olan bir qrup gənci görüşə dəvət etmişdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəisi, polkovnik Eldar Tağıyev həqiqi hərbi xidməti layiqincə başa vurub evə qayıtmaları münasibətilə gəncləri təbrik etdi və bildirdi ki,  ordu hər bir millətin qüruru, dövlətin güvənc mənbəyidir. Ölkənin milli varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır. Bugünkü Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ümummilli liderdən sonra da ordu quruculuğu prosesi daha böyük səylə davam etdirilmiş və bu sahədə misilsiz uğurlar əldə edilmişdir. İndi böyük əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilmişdir.

Eldar Tağıyev həmçinin bildirdi ki, siz Vətənə xidmət etmək məsuliyyətini dərk edib onu şərəfli yerinə yetirməklə valideynlərinizə, müəllimlərinizə və bizə  sevinc və qürur bəxş etmişiniz.

Toplantıda çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva üzünü ehtiyata buraxılmış əsgərlərə tutaraq bildirdi ki, ilyarım əvvəl sizi böyük inamla  əsgər yola salmışdıq. Çox fərəhli haldır ki, siz bizim, valideynlərinizin inamını, ən əsası isə Vətənimiz Azərbaycanın etimadını şərəflə doğruldub alnıaçıq, üzüağ evə dönmüsünüz.

Gənclərə müqəddəs borclarını uğurla yerinə yetirib üzüağ evə döndüklərinə görə, rayon icra hakimiyyəti adından təşəkkür edib gələcək həyatlarında onlara uğurlar arzulayan J.Abdıyeva qeyd etdi ki,  Milli Ordumuzun əsgərləri nə qədər yüksək nailiyyətlər əldə edib hərbi sirlərə dərindən yiyələnsələr, ölkəmizin müdafiə qüdrəti bir o qədər yüksək olacaq. Amma bir an belə unutmaq olmaz ki, siz evə hərbi vəzifəli vətəndaşlar kimi qayıtmısınız. Bu o deməkdir ki, sizin hər biriniz Milli Ordumuzun ehtiyat qüvvəsi kimi torpaqlarımızın gələcək taleyi üçün məsuliyyət daşıdığınızı unutmamalısınız.

Ehtiyata buraxılmış əsgərlər isə çıxışlarına xidmət etdikləri Milli Ordunun bu gün, həqiqətən, regionun ən qüdrətli ordusu olması fikri ilə başladılar. Qeyd olundu ki, indi Azərbaycan Ordusu ən müasir hərbi texnika və silahlarla təchiz olunmuş, yüksək döyüş qabiliyyətinə malik bir ordudur. Biz bu orduda xidmət etməkdən həmişə qürur duyacağıq.

Çıxışlar yekunlaşandan sonra Xətai Rayon İcra Hakimiyyəti adından gənclərə xatirə hədiyyələri təqdim edildi.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında