Azərbaycanda demoqrafik vəziyyət 11 iyul Ümumdünya Əhali Günüdür

Dövlət Statistika Komitəsi  bildirir ki, ölkə  əhalisinin sayı ilin əvvəlindən   43,3  min nəfər  və  ya  0,5  faiz  artaraq   2015-ci il  iyun ayının  1-i  vəziyyətinə 9636,3  min   nəfərə çatmışdır. Əhalinin  sıxlığı bir kvadratkilometrə 111 nəfərdir.

Əhalinin  ümumi sayının 53,1 faizini  şəhər,  46,9  faizini  isə  kənd  sakinləri təşkil edir,  49,8 faizi kişilərdən,  50,2  faizi  qadınlardan  ibarətdir.  Əhalinin  22,4  faizi  14  yaşadək, 71,6  faizi 15-64  yaşda,  6 faizi  isə  65  və  yuxarı  yaşda olanlardır. Hazırda hər 1000 nəfər  kişiyə  1009 qadın  düşür.

Cari  ilin ilk 5 ayı ərzində ölkədə  66,4 min,  yaxud  hər gün  orta hesabla  440  körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı  ilə  bu göstərici 16,9  olmuşdur. Doğulan körpələrin  53,6  faizi oğlan,  46,4  faizi isə qız  uşaqlarıdır.

Uşaq doğmaq qabiliyyətinə  malik  olan  qadınların  hər  birinə  orta  hesabla  2,2 doğulmuş  uşaq  düşür  və  bu da ölkə  üzrə   əhalinin  təkrar  istehsalını  təmin edir.

İlin  əvvəlindən  ölkədə  23,8  min  ölüm  halı  qeydə  alınmış  və  əhalinin  hər  1000 nəfərinə  hesabı  ilə  ötən  ilin  müvafiq  dövrü  ilə müqayisədə  ölüm  əmsalı  6,3-dən   6-ya  qədər  azalmışdır.

Bu  ilin  yanvar–may  ayları  ərzində  rəsmi  orqanlar  tərəfindən  32,6  min nikah  və  5,3  min  boşanma halları  qeydə  alınmış  və  əhalinin  hər  1000  nəfərinə hesabı  ilə  ötən  ilin   müvafiq  dövrü  ilə   müqayisədə   nikahların  sayı  7,9 - dan  8,3- ə  qədər artmış,    boşanmanın  sayı  isə  dəyişməyərək eyni  səviyyədə  (1,3) qalmışdır.

Dövlət  Miqrasiya Xidmətinin  və  Daxili  İşlər  Nazirliyinin  müvafiq  qurumları  tərəfindən  cari  ilin  5  ayı  ərzində  daimi  yaşamaq  üçün  Azərbaycana  1034  nəfər  gələn  və  355  nəfər  ölkədən  gedən  qeydə  alınmışdır.

Samirə  ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında