Naxçıvanda iftar mərasimi

İyulun 9-da Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.

Mərasimdə bildirilmişdir ki, muxtar respublikada İslam dəyərlərinə hörmət və ehtiramla yanaşılır. Bu gün Naxçıvanda tarixi-dini abidələr, ziyarətgahlar əsaslı şəkildə yenidən qurulur, xalqımızın əsrlər boyu formalaşmış dini-mənəvi dəyərlərinə bağlılıq nümayiş etdirilir. Cəmiyyətdə humanizmin və həmrəyliyin təntənəsinə çevrilən Ramazan ayı da hər il insanlar tərəfindən mərhəmət duyğuları ilə qarşılanır, oruc tutulur, iftar süfrələri açılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: “Ramazan xeyirxah niyyətlər, mənəvi kamillik və saflıq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in tamamlandığı, dünya müsəlmanlarının həmrəylik və qardaşlıq ayı olan Ramazanın fəzilətləri çoxdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin bu müqəddəs ayında müsəlmanlar humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.

İslami dəyərləri yaşadan digər müsəlman xalqlar kimi, Azərbaycan xalqı da tarixin bütün dövrlərində öz milli və dini dəyərlərinə sadiq qalmış, adət-ənənələrini yaşatmışdır. Bu gün də dini dəyərlərimiz qorunur və yaşadılır. Ramazan ayı hər il ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və sabitlik şəraitində qarşılanır”.

Ali Məclisin sədri müqəddəs Ramazan ayında məqsəd və niyyətlərin həyata keçməsini arzulamış, muxtar respublikanın bütün əhalisini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmişdir.

Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunmuş, dualar səslənmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji mərkəzində, Naxçıvan qarnizonunun Hərbi hospitalında müalicə alan xəstələr və gecə növbəsində çalışan işçilər üçün də iftar süfrələri açılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında