Nəsimi rayonu: Gənclər hərbi xidmətə yola salınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Bu münasibətlə rayon icra hakimiyyətinin inzibati binasında təntənəli mərasim keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva gəncləri Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına yola düşmələri münasibətilə təbrik etdi və onlara uğurlu xidmət arzuladı. Natiq  bildirdi ki, Azərbaycan ordusunun müdafiə qabiliyyəti gündən-günə artır və o, ən müasir silah və hərbi texnika ilə təchiz edilir. Son illərdə ölkəmizdə artıq müasir silah və hərbi texnika istehsal olunur və hətta xaricə ixrac edilir. Orduya çağırılan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar silahlı qüvvələrimizin  daha da güclənməsi, ölkəmizin müdafiə qabiliyyətinin qüdrətlənməsi üçün əllərindən gələni etməli, öz hərbi bilik və bacarıqlarını artırmalıdırlar. Bu gün fəxrlə hərbi xidmətə yola saldığımız gənclərə böyük ümidlər bəsləyirik. Gülarə Verdiyeva gənclərə tövsiyələrini verdi və bir daha uğurlar arzuladı.

Sonra Nəsimi Rayon Böyük Vətən Müharibəsi Veteranları Şurasının sədri İsmayıl Fərəcov, rayon ağsaqqallar şurasının üzvü Məcid İmaməliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Kənan Məmmədov hərbi xidmətə yola salınan gənclərə öz tövsiyələrini verdilər və onlara ordu sıralarına nümunəvi xidmət arzuladılar.

Tanınmış müğənnilərin və H.Sarabski adına Mədəniyyət evi kollektivinin iştirakı ilə konsert proqramı nümayiş etdirildi.

Tədbirdə ordudan yenicə tərxis olunmuş gənclər də iştirak edirdilər. Onların işlə təmin olunmasına kömək məqsədilə binanın foyesində Nəsimi Rayon Məşğulluq İdarəsinin əməkdaşları tərəfindən təşviqat işi təşkil olunmuşdu.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında