Azərbaycanda demoqrafik vəziyyət

Azərbaycan  Respublikasının  əhalisinin  sayı  ötən  il 115,9  min nəfər  və yaxud  1,2  faiz artaraq  2015-ci  ilin  əvvəlinə  9593 min nəfər  olmuşdur. Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki,  2014-cü  ildə  əhalinin sayının ümumi  artımı əsasən təbii artım  hesabına baş  vermişdir. Bununla yanaşı,  miqrasiya artımı  da  müşahidə  olunmuş  və bu amil əhalinin   ümumi  artımının 0,9  faizini  təşkil etmişdir.

Ölkə  əhalisinin  bir  kvadrat  kilometrə  düşən sıxlığı  111 nəfər  təşkil edir.  Əhalinin ümumi  sayından  53,1  faizi  şəhər,  46,9  faizi  kənd  sakinlərinin,  49,8  faizi  kişilərin,   50,2  faizi   isə  qadınların  payına  düşür  və  hər  1000  kişiyə  1009  qadın  düşür.

Son  illər  ərzində  ölkədə  doğum  səviyyəsi  yüksək  olaraq qalmaqda  davam edir  və   ötən  il  Azərbaycanda  doğulanlar  ölənlərin  sayından  114,9  min  nəfər  çox  olmuşdur.  Belə ki,  2014-cü  ildə  ölkədə  170,5  min  körpə  doğulmuş,  əhalinin hər  1000  nəfərinə  hesabı  ilə  bu göstərici  18,1  etmişdir.   Doğulanların  53,6  faizi  oğlanlar,  46,4  faizi  isə  qız   uşaqlarından  ibarət  olmuşdur.  Körpələrin  3148-i  əkiz,  60-ı  isə  üçəm  doğulmuşdur.

Ölkədə  uşaq doğmaq qabiliyyətinə  malik  olan  qadınların  bütün  ömür  boyu  hər  birinə  orta  hesabla  2,2  doğulmuş  uşaq  düşərək  əhalinin  təkrar  istehsalı təmin olunur.

Ötən  il  ərzində  ölkədə  55,6  min  ölüm  halı  qeydə  alınmış  və  əhalinin  hər  1000  nəfərinə  hesabı  ilə  ölənlərin  sayı  5,9  təşkil  etmişdir.

2014-cü il  ərzində   ölkədə  84,9  min  nikah  və  12,1  min  boşanma  halları  qeydə  alınmış  və  əhalinin  hər 1000 nəfərinə  hesabı  ilə  bu  göstəricilər  müvafiq  olaraq 9 və   1,3  olmuşdur.

Ölkədə  gənclərin  problərinin  həllinə  yönəldilmiş  dövlət  siyasətinin uğurla   həyata  keçirilməsi,  yeni  iş  yerlərinin açılması  və  gənclərin iqtisadiyyata  daha  çox  cəlb  olunması  miqrasıya  saldosunun  son  illər  ərzində  müsbət  olaraq  qalmasına  ciddi   təsir  göstərmişdir.   2014-cü  ildə  Daxili  İşlər  Nazirliyi  və  Dövlət  Miqrasiya  Xidmətinin  müvafiq   qurumları  tərəfindən  Azərbaycana  daimi  yaşamaq  üçün  1,9  min  nəfər  gələn  və  0,8  min  nəfər  ölkədən gedən  qeydə alınmışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında