Ötən il Qaradağ rayonunun sosial-iqtisadi həyatı üçün uğurlu olub

Qaradağ rayonunun 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yanvarın 10-da keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

AzərTAc xəbər verir ki, əvvəlcə rayonun 2014-cü ildə əldə etdiyi uğurlardan bəhs edən qısa film nümayiş olunub.

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Qaradağın sosial-iqtisadi inkişafının yekunları üzrə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 670 milyon manat olub. 2014-cü ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 9,9 milyon manatlıq xidmətlər göstərilib. Sosial-iqtisadi sahənin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 591 milyon manat investisiyadan istifadə edilib. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 524,6 min ton xam neft və 746,1 milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 2 milyon ton sement, 145,8 min ton mişar daşı istehsal edilib.

Hesabat ili ərzində rayonda orta aylıq əmək haqqı 766,2 manat olub. Ötən il 1299 ailəyə orta hesabla 139,2 manat məbləğində ünvanlı sosial yardım verilib. Bütövlükdə 2014-cü ildə rayonda 1497 yeni iş yeri açılıb.

2014-cü ildə də Qaradağ rayonunda abadlıq-quruculuq işləri aparılıb, qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən təmir edilib, müasir işıqlandırma sistemi quraşdırılıb.

Rayon ərazisində ötən il ərzində təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə bir çox işlər görülüb. Belə ki, müvafiq Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə 10  körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 körpələr evi - uşaq bağçası üçün yeni bina, 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib.

Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev dövlət başçısı İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən respublikada görülən işlər barədə məlumat verib.

Digər çıxış edənlər hesabat dövründə rayonda həyata keçirilmiş işlər barədə danışıblar.

Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilərək yekdilliklə qəbul olunub.

Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında