Azərbaycanda əlil pensiyaçıların sosial müdafiəsi gücləndirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar dövlət siyasətinin dəyişməz əsas istiqaməti olaraq əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin etmişdir.

Ölkə əhalisinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə müəyyən dəyişikliklər baş vermiş, əlilliyə görə əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş vermişdir.

Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 2006-cı il yanvarın 1-i tarixinə 32,3 manat olduğu halda, 2014-cü il dekabrın 1-i tarixinə bu məbləğ 149,2 manata çatdırılmışdır. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 251,4 manat təşkil edir. 2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer almışdır. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilmişdir. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulmuşdur.

I qrup əlillərə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilmişdir. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 2006-cı il yanvarın 1-i tarixinədək mövcud olmuş əvvəlki pensiya sistemiilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanmışdır. Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunmuşdur.         DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2014- cü il oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1288680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7880 nəfər təşkil edir. Ölkədə əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1,0 faizi isə dövlət qulluqçularıdır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında