Azərbaycan əhalisinin sayı 9 552,5 min nəfərə çatıb

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabr ayının 1-nə olan vəziyyətə görə 9 552,5 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir.

Cari ilin ilk səkkiz ayı ərzində ölkədə 112,0 min körpə dünyaya göz açıb və ötən ilin müvafıq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə qalıb (17,8). Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafıq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Ölkədə rəsmi orqanlar tərəfındən 53,4 min nikah və 8 min boşanma halları qeydə alınıb və 2013-cü ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,7-dən 8,5-ə qədər azalıb, boşanmaların sayı isə dəyişməmişdir (1,3).

2014-cü ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafıq qurumları tərəfındən Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında