Yaxın Doğu Universitetindən təşəkkür məktubu Redaksiyaya məktub

Bildirmək istəyirik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Şimali Kiprin Yaxın Doğu Universitetinin rəhbərliyi ilə əldə etdiyi anlaşmaya əsasən, 2010-cu tədris ilindən etibarən hər il Gürcüstanda yaşayan 20 nəfər azərbaycanlı gəncin həmin universitetdə ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılmışdır.

Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, habelə yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərmək məqsədilə nəzərdə tutulmuş 20 yerə namizədlərin Gürcüstanda yaşayan və qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən gənc soydaşlarımız arasından seçilməsini məqsədəuyğun hesab etmişdir.

 Biz, 18 nəfər abituriyent 2010-cu ilin avqust ayında yerli dövlət və ictimaiyyət nümayəndələrinin, abituriyentlərin valideynlərinin iştirakı ilə keçirilmiş açıq müsahibə nəticəsində seçilərək müxtəlif ixtisaslar üzrə universitetə təhsil almağa göndərilmişik. Bizi sevindirən başqa bir xəbər isə elə həmin ildən DİDK-nın tələbələrin hər birinə 300 ABŞ dolları məbləğində təqaüd verilməsini öhdəsinə götürməsi oldu. Hazırda həmin universitetin IV kursunda oxuyan biz tələbələr hər zaman Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin diqqət və qayğısını hiss edirik.Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və DİDK-nın rəhbərliyinə dərin təşəkkür edir, “çox sağ olun!” deyirik.

 

Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbələr

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında