Kənd camaatı razılıq edir

Çoxdan idi ki, ilin bütün fəsillərində gəzməli, görməli, suyundan, havasından, füsunkar təbiətindən  doymaq olmayan allı-güllü, uca dağlar qoynunda yerləşən  kəndimizə gedə bilmirdim. Bir tərəfdən işlərin çoxluğu, digər tərəfdən vaxtın azlığı imkan vermirdi ki, həsrətində olduğum kəndimizə, dədə-baba yurdumuza baş çəkim və ən  başlıcası  Prezidentimizin  təşəbbüsü ilə yeni çəkilmiş asfalt yolu görüm. Yol mədəniyyətdir, rahatlıqdır, əlaqədir, bundan başqa yol bizim üçün vaxtdır.

Əvvəllər  Gədəbəy rayonunun Miskinli kəndini rayon mərkəzi ilə birləşdirən 12 kilometr yolu getmək çox dözülməz idi. Yolun təsvirində dayanmadan onu deyə bilərəm ki, əvvəllər uzunluğu göstərilən yolu avtomobillə qət etmək üçün saat yarım  vaxt sərf etməli olurduq.

Prezidentimiz İlham Əliyevin xalqa olan qayğısı ilə əlaqədar yaranmış şəxsi təşəbbüsü nəticəsində kəndimizdən rayon mərkəzinə çox gözəl, səliqəli, geniş bir asfalt yol salınmışdır. İndi biz kənddən rayon mərkəzinə qədər gəlmək üçün cəmi 15-20 dəqiqə vaxt sərf edirik.

Yolun çəkilib istifadəyə verilməsi xəbəri kəndimizin  bütün sakinlərinin o, cümlədən digər rayon və şəhərlərdə yaşayan həmkəndlilərimin, qonşu rayon və şəhər sakinlərinin sevincinə səbəb olmuşdur. Bu da onunla müşahidə olunur ki, şəhərdə yaşayan həmkəndlilərimin çoxu əvvəllər yay mövsümündə istirahət üçün başqa bölgələrə gedirdilərsə, bu il onlar yolun rahatlığı hesabına öz doğma kəndimizdə dincəlməyə gəlmişdilər. Təbiidir ki, gələn qonaqların, elə yerli həmvətənlərimin kəndimizə gəlişi sevinc və görüşdən başqa, həm də yaşadıqları region xalqlarının mədəniyyət və adət-ənənələri ilə bizləri tanış etməsidir. Kəndimizin gəzməli-görməli yerləri çoxdur.

Burada, “Koroğlu qalası”, “Narzan” tipli Qalakənd mineral su bulağı, göz yaşı kimi şəffaf suyu olan digər bulaqlar, Şəmkir çayı, XIX əsrin ikinci yarısında almanların (Simens qardaşlarının) Şəmkir dərəsi boyunca çəkdirdiyi dar dəmir yolu üzrə tikdirdiyi xüsusi konstruksiyalı körpülər, Gədəbəy-Qalakənd və Qoşakörpü misəritmə zavodlarını birləşdirən yolun qalığı, bu yolun çəkildiyi mənzərəli dərə və ya  Verner Fon Simensin təbirincə desək, cənnətin Bibliyada təsvir edildiyi yerlər və s. vardır.

İndi mənə elə gəlir ki, bu yerləri görmək və orada dincəlmək üçün kəndimizə daha çox insanlar, turistlər, tədqiqatçılar gələcəkdir və hər kəs bu rahatlıqdan həzz aldıqca Prezidentimizə öz razılığını, təşəkkürünü bildirəcəkdir.

 İndi borcumuz bizə, kəndimizə Prezidentimiz tərəfindən edilmiş bu töhfəni qoruyub saxlamaq, onun ətrafında yerli şəraitə uyğun ağaclar əkmək, yolu qoruyub saxlamaq və onu daha da abadlaşdırmaqdır.

 

Fəxrəddin ABDULLAYEV,

geoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında