Astma xəstəliyindən əziyyət çəkən aztəminatlı gürcü uşaqları növbəti dəfə Naxçıvanda müalicə alacaqlar

Avqustun 23-də Gürcüstanın Batumi şəhərində Naxçıvan Muxtar Respublikasında müalicə olunacaq astma xəstəliyindən əziyyət çəkən aztəminatlı ailələrdən olan uşaqların yolasalma mərasimi keçirilib.

Azərbaycanın Batumidəki baş konsulluğundan AzərTAc-a bildirilib ki, mərasimdə Acarıstan Muxtar Respublikasının səhiyyə və əhalinin sosial müdafiəsi naziri Nuqzar Surmanidze, hökumət aparatının və nazirliyin məsul işçiləri, Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə H. Nəcəfov çıxış edərək Azərbaycan və Gürcüstan, eyni zamanda, Naxçıvan və Acarıstan arasında əlaqələrin inkişafı barədə danışıb. O qeyd edib ki, cari ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasına səfər edib və orada olarkən digər məsələlərlə yanaşı, astma xəstəliyindən əziyyət çəkən aztəminatlı gürcü uşaqların Naxçıvanda müalicə almaları razılaşdırılıb. H. Nəcəfov bu müalicənin artıq üçüncü dəfədir ki, təşkil olunduğunu qeyd edib. Həm Səhiyyə Nazirliyinin məlumatına görə, həm də baş konsulun öz müşahidəsinə əsasən müalicə alan uşaqların səhhətində ciddi irəliləyişlər var.

Baş konsul, həmçinin deyib ki, cari il avqustun 22-də Naxçıvandan sağlamlıq imkanları məhdud olan uşaqlar Batumidə yeni açılmış reabilitasiya mərkəzində müalicə olunmaq və istirahət etmək üçün bu şəhərə gəliblər. O, iki həftə ərzində müalicə alıb geriyə qayıdacaq uşaqlarla ənənəvi olaraq görüşəcəyini bildirib.

Nuqzar Surmanidze astma xəstəliyindən əziyyət çəkən uşaqların Naxçıvanda müalicə aldıqdan sonra səhhətlərinin yaxşılaşdığını və bəzi uşaqların artıq dərman preparatlarından istifadə etmədiklərini deyib. O, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə, bu işdə əməyi olan insanlara və “Gəmiqaya Holding”ə təşəkkürünü bildirib. N. Surmanidze, həmçinin Naxçıvandan sağlamlıq imkanları məhdud olan uşaqlara Batumi şəhərində yeni açılmış reabilitasiya mərkəzində yüksək səviyyədə qayğı göstəriləcəyini qeyd edib və yaxın vaxtlarda uşaqlara baş çəkəcəklərini bildirib.

Mərasim və baş konsulun müsahibəsi Gürcüstanın “İmedi”, “TV 25”, “TV4” və “Acara” televiziya kanalları tərəfindən işıqlandırılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında