Kür çayı üzərindəki körpünün tikintisi başa çatıb

 

 

 

M-3 avtomagistralının Hacıqabul-Bəhramtəpə hissəsinin 9-cu kilometrliyində Kür çayı üzərindəki körpünün tikintisi başa çatdırılıb.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib.

Körpünün uzunluğu 317,7 metr, qabariti Q-11,5, eni 14,85 metr təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmir-beton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140 metr, kənar tirlərin uzunluğu isə, 82 metr təşkil edir. Aşırım tirlərinin en kəsiyi “korobka” şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü 8,5 metr, orta hissədə isə 3,5 metr təşkil edir.

Xatırladaq ki, Kür çayı üzərindəki bu körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verir, nəqliyyatın hərəkəti dayandırılırdı. Sürücülər alternativ, daha uzun yollardan istifadə etməli olurdu ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında