BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspert qrupunun üzvləri Gəncədə olublar

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspert qrupunun üzvləri Gəncədə olublar.

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspertləri Pavel Sulyandziqa və Pivan Selvanatan çıxış edərək inkişaf etməkdə olan ölkələrdə vətəndaş cəmiyyətinin rolu, iqtisadi-sosial və regional siyasət, insan hüquq və azadlıqlarının təşviqi və bu istiqamətdə qəbul olunmuş proqramların icrası, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə  dəstək və s. məsələlərlə bağlı fikirlərini açıqlayıblar. Onlar Gəncəyə səfərlərinin məqsədinin bu sahədə görülən işləri nəzərdən keçirmək olduğunu diqqətə çatdırıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ekspertləri maraqlandıran məsələlərə aydınlıq gətirib. Qeyd edib ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə də sosial-iqtisadi cəhətdən sürətlə inkişaf  edir. İnsanların həyat şəraitinin yüksəldilməsi, onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin başçısının daim diqqət mərkəzindədir. Şəhərdə infrastrukturun yenilənməsi istiqamətində başlanan işlər sürətlə davam etdirilir. Artıq şəhərin su və kanalizasiya sistemləri yenidən qurulur. Qaz, enerji təchizatı, rabitə xidmətində əsaslı dönüş yaradılıb. Yeni evlər inşa olunur. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə əhalinin sayı xeyli artaraq 300 mini keçib. İnsanların işlə təminatı sahəsində də xeyli iş görülüb. Yeni müəssisələr istifadəyə verilib. Hazırda şəhərdə 5 yeni müəssisənin inşası üçün hazırlıq işləri gedir. Bu müəssisələrdə 15 min nəfərin işlə təmin olunacağı gözlənilir.

Ekspertlər görülən bütün işlərdən, xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında