PAŞA Bank və “Embawood” şirkətinin birgə təqdimat mərasimi

 

 

 

 “Four Seasons” hotelində Azərbaycan kapital bazarları vasitəsilə “Embawood” MMC  şirkəti istiqrazlarının ilk dəfə olaraq Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsilə əlaqədar  PAŞA Bank və “Embawood”  şirkətinin birgə təşkil etdiyi təqdimat mərasimi keçirilmişdir.Tədbirdə yeni emissiya edilmiş istiqrazların anderrayteri qismində çıxış edən PAŞA Bank, PAŞA Kapital, digər banklar və seçilmiş şirkətlərin təmsilçiləri, Listinq Məsləhət Proqramı (LMP) üzrə tərəfdaş, broker şirkətlər və KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdə PAŞA Bankın İnvestisiya Bankçılıq Departamentinin meneceri Fərid Əliyev çıxış edərək demişdir ki, son dövrlərdə şirkətlərin kapital bazarlarına maraqlar daha da artmışdır. Korporativ istiqraz vasitəsilə aşağı maliyyətli, müddət və geri ödəniş şəkli baxımından daha əlverişli maliyyə ehtiyatları cəlbetmə imkanları əldə edilmişdir. PAŞA Bank bu günədək 15-ə yaxın korporativ istiqraz yerləşdirməsində şirkətlərə uğurlu məsləhət və anderraytinq xidmətləri göstərmişdir. Həyata keçirilən layihələr nəticəsidir ki, PAŞA Bank və PAŞA Kapital öz kateqoriyalarında dünyanın ən nüfuzlu maliyyə jurnallarından biri olan “EMEA Finance” tərəfindən ilin ən yaxşı investisiya bankı və ilin ən yaxşı broker şirkəti adına layiq görülmüşdür. İndiyədək əldə etdiyimiz təcrübəni ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlərlə paylaşmışıq. Bunlardan  biri də  “Embawood” şirkətidir. Bu şirkətin uğurlu fəaliyyətinin davamı və onun qarşısında duran böyük layihələrin reallaşdırılmasında korporativ istiqraz yerləşdirməklə cəlb etdiyi ehtiyatların əhəmiyyətli dəstəyinin olacağına inanırıq.

Bakı Fond Birjasının Biznesin İnkişafı Departamentinin direktoru Abdulla İsayev kapital  bazarında maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramının həyata keçirilməsi, listinqin üstünlükləri və istiqrazların listinqə çıxarılmasının əhəmiyyətindən danışmışdır.

 “Embawood” MMC-nin baş direktorunun maliyyə işləri üzrə müavini Tamerlan Kurkiyev şirkətin fəaliyyəti, dinamik inkişafı, gəlirləri, müəssisələrdə istehsal olunan məhsulların geniş alıcı rəğbəti qazanması, xarici ölkələrdə bazara daxil olması haqqında məlumat vermişdir. Sonra “Embawood”un fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilmişdir.

Tədbirin sonunda istiqrazları ilk dəfə listinqə çıxan “Embawood” şirkəti ilə Bakı Fond Birjası  arasında saziş imzalanmışdır.

Mərasim iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 

A.SADIQOĞLU

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında