Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

 

Avqustun 21-də Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə qəsəbədəki “Şəhidlər” xatirə kompleksinin önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan cəbrayıllıların xatirəsini ehtiramla yad ediblər.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə “Erməni işğalında qalan Cəbrayılım” sənədli filmi nümayiş etdirilib.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış edərək bildirib ki, 1988-ci ildən başlayaraq beş il Cəbrayıl rayonu düşmən qarşısında mətinliklə dayandı. Rayonun mərd oğul və qızları düşmənlə qeyri-bərabər döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərək dəfələrlə erməni quldurlarını geri çəkilməyə məcbur etməyi, hətta bütövlükdə Qarabağ üçün strateji əhəmiyyət kəsb edən yüksəklikləri nəzarətdə saxlamağı bacardılar. Lakin Bakıda hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, batalyonlar arasında hökm sürən gərginlik rayonun müdafiəsinə mənfi təsir göstərirdi. Nəticədə Cəbrayıl təkləndi və erməni quldurları 1993-cü il avqustun 23-də 1050 kvadratkilometr ərazisi olan rayonu işğal etdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində 68,3 min cəbrayıllı doğma yurd-yuvasından didərgin düşərək ölkənin 53 şəhər və rayonunda məskunlaşdı.

Vurğulanıb ki, doğma yurdun müdafiəsi zamanı 368 nəfər cəbrayıllı şəhid, 230 nəfər isə əlil oldu. Bu rayonun 6 sakini Milli Qəhrəman adına layiq görüldü.

Prezident İlham Əliyevin məcburi köçkünlərə qayğısının nəticəsi olaraq Biləsuvar rayonu ərazisində on bir müasir tipli qəsəbənin salındığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün həmin qəsəbədə yaşayan 20 minə yaxın insan üçün hər cür şərait yaradılıb. Diqqətə çatdırılıb ki, bundan əlavə, respublikanın digər şəhər və rayonlarında məskunlaşmış 550 cəbrayıllı məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.

Mərasimdə çıxış edənlər ölkəmizin gündən-günə artan iqtisadi və hərbi qüdrətinin tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına imkan verəcəyinə, bununla da daha bir tarixi ədalətsizliyə son qoyulacağına əminliklərini ifadə ediblər.

Tədbir “Cəbrayılda qalan dünyam” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında