DSMF sədri Ağsuda 5 rayonun sakinləri üçün qəbul keçirmişdir

 

 

Vətəndaşların qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin edilməsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib.

 

Ayrı-ayrı bölgə sakinlərinin yerlərdə qəbul edilməsi, onların müraciətlərinə baxılaraq, dərhal konkret qərarların qəbul olunması ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev avqustun 20-də DSMF-nin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirmişdir. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin  fondun müvafiq rayon şöbələrinin inzibati  binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunmuşdur.  Fondun məsul əməkdaşlarının, Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dək vətəndaşın müraciətlərinə baxılmışdır.  

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı,  o cümlədən  sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə etmişdir. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmuşdur.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılmış və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar vermişdir.

DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınmışdır.

Qəbulda iştirak edən pensiyaçılar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulamışlar.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında